Ramin Məmmədov Usamə Əl-Əzhəri ilə görüşdü

Ramin Məmmədov Usamə Əl-Əzhəri ilə görüşdü
21.01.2026 15:23 Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov misirli naziri Azərbaycanın tolerantlıq ənənələri barədə məlumatlandırıb.

TodayPress TV xəbər verir ki, R.Məmmədov bu barədə Misirin dini işlər və vəqflər naziri - İslam Ali Şurasının sədri Usamə Əl-Əzhəri ilə komitədə keçirilən görüşdə danışıb.

R.Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini etiqad azadlığının təmin edildiyini, multikulturalizm və tolerantlıq ənənələrinin dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirib. Azərbaycanda dinlərarası dialoqun beynəlxalq miqyasda dərinləşdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə, həmçinin din təhsili və maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Misirli nazir iki ölkənin alimlərinin, din xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi, dini maarifləndirmə layihələrinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.

Görüş zamanı həmçinin Azərbaycan ilə Misir arasında tarixən mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən dini-mənəvi dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.

İkitərəfli əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin vacibliyi qeyd edilib, beynəlxalq platformalarda qarşılıqlı dəstək və birgə təşəbbüslərin əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Ramin Məmmədov Usamə Əl-Əzhəri ilə görüşdü — 1
Ramin Məmmədov Usamə Əl-Əzhəri ilə görüşdü — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 Bütün Xəbərlər