Millət vəkili: "Azercell”i qınamaq düzgün deyil”

Millət vəkili: "Azercell”i qınamaq düzgün deyil”
03.06.2025 18:04 Cəmiyyət

Sosial mediada yayılan məlumatlara görə, “Azercell” 1 iyuldan etibarən yeni şərtlər tətbiq edəcək. Belə ki, elektron ödəniş üsulları ilə nömrəyə 1 - 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Bu, istifadəçilər tərəfindən qınaq obyektinə çevrilib. 

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, əgər şirkət bu strategiyanı özü müəyyən edirsə, bu zaman məsələ müştərinin yanaşmasından asılı olacaq.   

Onun fikrincə, bazar iqtisadiyyatı şəraitində alternativlər barədə düşünmək mümkündür və bu, tamamilə normaldır.    

"Kimə sərf etmirsə, bazar iqtisadiyyatıdır deyə daha başqa seçim edə bilər. Çünki bu, həqiqətən də əlverişli bir vəziyyət yaratmır. Hər halda bu barədə düşünmək lazımdır. Çünki bütün hallarda bu rəqabət mühitində başqa operatorların daha çox üstünlük qazanmasına və daha əlverişli rəqabət şərtləri təqdim etməsinə gətirib çıxara bilər". 

Deputat qeyd edib ki, şirkət öz strategiyasını seçməkdə sərbəstdir və buna görə ona irad bildirmək düzgün deyil:  

“Azercell” öz strategiyasını seçirsə, biz ona deyə bilmərik ki, bu, sənin ziyanınadır. Əgər düşünürsə ki, bu onun xeyrinədir, davam edə bilər. Amma müştərinin itirilmə qorxusu varsa, bu, gələcək işlərinə təsir edəcək".

Fazil Mustafa əlavə edib ki, mövcud şərtlər istifadəçiləri qane etmədiyi halda onlar daha əlverişli şərtlər təqdim edən digər operatorlara yönələ bilərlər. Buna görə də məsələyə bazar iqtisadiyyatı prinsiplərinə uyğun yanaşmaq lazımdır.

Qeyd edək ki, “Azercell Telekom” MMC (“Azercell”) 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək. Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə 1 - 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq.  Ümumilikdə nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:

1-1,99 manat – 1 gün;

2-2,99 manat – 2 gün;

3-4,99 manat – 3 gün;

5-9,99 manat – 5 gün;

10-24,99 manat –  10 gün;

25-49,99 manat – 25 gün;

50-99,99 manat – 50 gün;

100 + manat – 50 gün.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər