Mərkəzi Bankın eksperti AQC-də müşavir təyin olundu

Mərkəzi Bankın eksperti AQC-də müşavir təyin olundu
17.11.2025 12:00 Cəmiyyət

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni kadr təyinatı həyata keçirilib. Qurumun sədri Vüqar Orucun sərəncamı ilə İbrahimov Asif Arzuman oğlu müşavir vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, Asif İbrahimov idarəetmə və beynəlxalq standartlar sahəsində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır. O, ali təhsilini Bakı Slavyan Universitetində və Moskva Dövlət İqtisadiyyat və Statistika Universitetində menecment ixtisası üzrə alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsilini davam etdirib.

Onun 17 illik peşəkar fəaliyyəti Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda da davam edib. Bu müddətdə 200-dən çox yerli və beynəlxalq layihədə aparıcı məsləhətçi kimi iştirak edib, müxtəlif müəssisə və təşkilatlarda beynəlxalq idarəetmə standartlarının tətbiqinə rəhbərlik edib. O, şirkətlərdə idarəetmə proseslərinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və ixraca yönəlik məhsullar üzrə məsləhət xidmətlərinin göstərilməsi sahəsində ən tanınmış ekspertlərdən biri hesab olunur.

Asif İbrahimov həmçinin İSO 9001:2015, İSO 14001:2015, İSO 45001:2018, İSO 37001, İSO 10002:2018, Global G.A.P. və digər idarəetmə sistemlərinin tətbiqi üzrə ixtisaslaşmış mütəxəssisdir və bu standartları MDB-də tətbiq edən ilk şəxsdir. Müxtəlif illər ərzində o, bir sıra dövlət qurumlarında bu standartların tətbiqinə rəhbərlik edib və ölkədə bir sıra yeniliklərin ilk icraçıları sırasında olub.

Bundan başqa, o, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllimlik fəaliyyətini davam etdirir və müxtəlif dövlət və özəl təşkilatlarda təlimçi kimi çıxış edir. Asif İbrahimov həmçinin Mərkəzi Bankın məsləhətçi-eksperti kimi də fəaliyyət göstərir.

Qeyd edək ki, Asif İbrahimov şəhid ailəsindəndir. Onun atası, İbrahimov Arzuman Pənah oğlu, 1992-ci ildə Qarabağ döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

TodayPress TV 

XƏBƏR LENTİ
31 IYUL 2026
İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 Bütün Xəbərlər