“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi

“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi
02.06.2025 17:42 Cəmiyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirilib. 

TodayPress TV xəbər verir ki, 2 iyun 2025-ci il tarixində keçirilən dəyirmi masada il ərzində fəallığı ilə seçilən 100-ə yaxın uşaq iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyev və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin, eyni zamanda müharibə qurbanı olmuş uşaqların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib.

Bu gün bütün dünyada uşaqların rifahı, hüquqlarının qorunması, onların firavan və layiqli həyatının təmin olunması məsələlərinin cəmiyyətin prioritet gündəmlərindən birini təşkil etdiyini vurğulayan Komitə sədri, onların sağlamlığı, təhlükəsizliyi, eləcə də bir şəxsiyyət və vətəndaş formalaşması üçün beynəlxalq ictimaiyyətin səylərini birləşdirdiyini əlavə edib. O, yer üzündə müxtəlif problemlərlə üzləşən, müharibə ilə qarşılaşan, valideynlərini və doğmalarını itirən uşaqların xüsusi diqqət mərkəzində olduğunu və bu problemlərin aradan qaldırılması üçün qlobal səfərbərliyin vacibliyini diqqətə çatdırıb. 

Azərbaycanda uşaqların rifahı və inkişafının dövlətin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən B.Muradova, ölkəmizin Uşaq hüquqları haqqında Konvensiyaya qoşulduqdan sonra bu prosesi müəyyən standartlar çərçivəsində və həmin sənəddən irəli gələn öhdəlikləri də nəzərə alaraq  yerinə yetirdiyini əlavə edib. 

Uşaqların həm öz hüquqlarının qorunması prosesində iştirakını, həm də təmsil etdiyi Azərbaycan uşaqlarının fikirlərini aidiyyəti istiqamətlərdə çatdırmaq üçün yaradılan Uşaq Səfirlər Məclisi platformasından faydalandığını dilə gətirən Komitə sədri, onları Məclisin yaradılmasının 5 illiyi münasibətilə təbrik edib və qeyd edib ki, onlar bu müddət ərzində təmsil etdikləri uşaqların səsi olmağı bacarıblar. 

Komitə sədri qeyd edib ki, “Mənim səsim – mənim hüquqlarım” adı cəmiyyətin fəal üzvünə çevrilən uşaqların fikirlərinin eşidilməsi, hüquqlarının tanıdılması istiqamətində səylərinin, eyni zamanda uşaqların yalnız qorunmalı yox, eyni zamanda dinlənilmək hüquqlarının olduğunu vurğulamağa xidmət edən bir platformadır. Bu gün qanunvericilik aspektləri, effektiv icra mexanizmlərinin yaradılması, eləcə də bu sahədə dövlət siyasətini həyata keçirən qurumların fəaliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparacağıq: “Bu baxımdan sizin indiyəqədərki fəaliyyətiniz bundan sonra da qarşınıza yeni vəzifələr qoyur” – deyə B.Muradova əlavə edib.  

Ölkədə uşaq siyasətinin həyata keçirilməsi sahəsində mövcud qanunvericilik bazasına diqqət çəkən Komitə sədri, bu əsasda bir sıra dövlət proqramları və fəaliyyət planlarının qəbul olunduğunu və ardıcıl şəkildə yerinə yetirildiyini bildirib. 

Hazırda ölkədə həm "Ailə Konsepsiyası" sənədi üzərində, həm də onun bir hissəsi ola biləcək uşaq hüquqlarının qorunması və təminatı məsələlərinə dair yeni sənədlərin hazırlandığını qeyd edən sədr, bu sənədlərə töhfə vermək üçün də gözəl imkanların yarandığını əlavə edib. 

Daha sonra “Uşaq hüquqları – hər bir uşaq üçün” adlı maarifləndirici video-çarx nümayiş etdirilib.

Sonra təhsil və inkişaf, sağlamlıq, müdafiə, iştirak hüquqları istiqamətləri üzrə uşaqların təklif və tövsiyələri dinlənilib.

Tədbir zamanı “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”na dair uşaqlar tərəfindən irəli sürülən təkliflərin müzakirəsi keçirilib, uşaq hüquqları ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Uşaq Səfirlər Məclisinin üzvləri Ömər Eyvazlı və Ayan Əhmədova Məclisin 5 illik hesabatını əks etdirən təqdimatla çıxış ediblər. Qeyd edilib ki, onlar fəaliyyətləri dövründə yüksək fəallıq nümayiş etdirərək həm layihələrdə, həm də təşəbbüslərdə nümunəvi çıxışları, liderlik bacarıqları ilə yadda qalıblar.

Dövlət Komitəsinin sədri Bahar Muradova yekun nitqi ilə çıxış edərək, uşaqların fikir və təkliflərinə münasibət bildirib, onların qeyd etdiyi məqamların dövlət qurumlarının gələcək fəaliyyətində nəzərə alınacağına inamını ifadə edib. Uşaqları suveren hüquqlarını bərpa etmiş, qalib və zəfər ruhu ilə irəliyə baxan bir xalqın gələcəyi adlandıran B.Muradova, onlara gələcək həyatlarında uğurlar arzu edib.  

Tədbirin sonunda 5 illiyini qeyd edən Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvlərinə vəsiqələr təqdim olunub və öz fəallığı ilə seçilən məzunları təşəkkürnamə ilə təltif edilib.

Sonda xatirə fotosu çəkdirilib.

FOTOLAR

“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi — 1
“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi — 2
“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi — 3
“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi — 4
“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi — 5
“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi — 6
“Mənim səsim – mənim hüquqlarım” mövzusunda dəyirmi masa keçirildi — 7
XƏBƏR LENTİ
16 IYUN 2026
Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Bütün Xəbərlər