Məktəb alış-verişi CİB YANDIRIR: “Temu” bizim bazarımızı öldürüb” – Sədərəkdən REPORTAJ

Məktəb alış-verişi CİB YANDIRIR: “Temu” bizim bazarımızı öldürüb” – Sədərəkdən REPORTAJ
22.08.2025 19:23 Cəmiyyət

Yeni dərs ili yaxınlaşdıqca uşaqların sevimli, valideynlərin isə qorxulu yuxusu olan məktəb ləvazimatları və geyim alış-verişi marafonu başlayır. Paytaxtın bazar və mağazalarında dərs vəsaitləri, formalar və digər tədris üçün zəruri əşyaların satışı canlanır. 

Bəs hazırda məktəb ləvazimatlarına tələbat və qiymətlər hansı səviyyədədir?

TodayPress TV mövzu ilə bağlı paytaxtın ən iri alış-veriş məkanlarından biri olan Sədərək Ticarət Mərkəzində sorğu keçirib.

Bazarın müxtəlif hissələrində məktəbli çantaları, dəftərlər, qələmlər və digər ləvazimatlarla maraqlanan uşaqlar seçim edərkən, valideynlər isə daha çox qiymətlər haqqında düşünür.


Satıcı Mehman Köçərliyevin sözlərinə görə, bu il qiymətlər ötən illərlə müqayisədə daha münasibdir:

“Valideynlər əsasən dəftər, qələm, karandaş, pozan, termos və digər məktəb əşyalarına üstünlük verirlər. Qiymətlər isə seçimdən asılıdır. Çantalar 8-45 manat, dəftərlər 20-90 qəpik, qələmlər isə 8-30 qəpik arasında dəyişir”.

Satıcı Sərxan Hüseynzadə isə bu fikirlə razı deyil. O deyir ki, keçən illə müqayisədə bu il məktəb ləvazimatlarına tələbat azdır. Bunun da əsas səbəbi insanlar arasında "Trendyol", "Temu" kimi onlayn ticarət platformalarının populyarlaşmasıdır:

“Bu da fiziki satışla məşğul olan sahibkarların “bazarını öldürür”. Hazırda tələbat əsasən flomaster, karandaş, qələm yonan, pozan, xətkeş və digər ləvazimatlaradır”. 


Məktəb ləvazimatları arasında ən çox alınan məhsullardan biri isə çantalardır. Dərs vəsaitlərinin çoxluğu səbəbindən, demək olar ki, hər il çantaların uşaqların sağlamlığına zərərləri barədə şikayətlər səsləndirilir. 

Bu barədə bilməli olduğumuz məqamlar çoxdur. “Bəs çanta seçərkən valideynlər nəyə diqqət etməlidirlər?” sualımıza isə satıcı Murad Hüseynli belə cavab verdi: 

“Xüsusilə 1-5-ci sinif şagirdləri üçün çantaların rahatlığı önəmlidir. Arxası süngərlə örtülən çantalar bəzi hallarda uşaqların belində ağrılara səbəb ola bilər. Lakin ortopedik çantalar uşaqların belini qoruyur və onlara daha rahat daşıma imkanı yaradır. Valideynlərə məsləhətim odur ki, uşaqlarınıza çanta seçərkən ucuz mala qaçmaq əvəzinə keyfiyyətə üstünlük verin”. 

Sözsüz ki, məktəbli forması olmasa, siyahı tamamlanmaz. Necə deyərlər: “Şagird formasız, döyüşçü silahsız olmaz”. 


Lakin zaman-zaman yenilənən, dizaynı dəyişən bu geyimlərlə bağlı narahatedici məqam əsasən keyfiyyət məsələsi olur. Satıcı Namiq Mirzəyev deyir ki, məktəbli köynəklərinin qiyməti keyfiyyətinə görə dəyişir:

“Model eyni olsa da, yerli istehsal köynəklər 8-10 manata, Türkiyə istehsalı olanlar isə 15-20 manat aralığında dəyişir. Türkiyə istehsalı olan formalar parça və işlənmə baxımından daha keyfiyyətlidir. Yerli istehsalda daha səliqəsiz görünüş müşahidə olunur. Ətəklərin qiyməti də materialına görə fərqlənir. Ümumilikdə məktəbli geyimlərinə bu günlərdə böyük tələbat var”.  

Satıcı Kamal Bəylərzadə də qiymətlərin Bakı və Türkiyə istehsalına görə fərqləndiyini bildirib:  

“Burada alıcı kütləsinə uyğun olaraq hər keyfiyyətdə geyim tapmaq mümkündür. Elə insan var ki, 10 manatlıq geyim belə onu qane edir. Bəziləri isə əsasən keyfiyyətə üstünlük verir”.  

Valideynlərə gəldikdə isə, onların bir qismi qiymətləri qənaətbəxş hesab edir. Sura Qədimova büdcəyə uyğun alış-veriş etməyin çətin olmadığını deyir. Valideyn builki qiymətlərdən razı qalıb: 

“Məktəbli geyimləri çox keyfiyyətlidir. Mən 2 oğlum üçün geyim almışam. Qiymətlər də münasibdir”. 


Amma narazı olanlar da az deyil. Onlar hesab edirlər ki, bütün məktəb ləvazimatlarını alıb tamamlamaq üçün xeyli vəsait lazımdır. Xüsusilə bir neçə övladı məktəbə gedən ailələr üçün bu, əlavə maliyyə yükünə çevrilir.

Valideyn Seyidağa Əhədov vurğulayıb ki, hazırkı qiymətlər əvvəlki dövrlərlə müqayisədə qazancımıza uyğun deyil: 

“Bu səbəbdən, övladlarımıza sadəcə çatışmayan, zəruri əşyaları alırıq. Müəyyən qədər qənaət etməyə çalışırıq. Əlavə vəsaitin çoxluğu valideynlər üçün çətinlik yaradır. Hazırda lazım olan hər şeyi almışıq, lakin məktəblər başlayandan sonra bəzən müəllimlər əlavə kitab və ləvazimatlar tələb edirlər”. 

İki şagird anası Şahnaz Səfərova isə xüsusilə kiçik ləvazimatların ümumi məbləğinin yüksək olduğunu deyir:

“Hər şey çox bahadır. Çantanı münasib qiymətə almışıq, amma dəftər, qələm kimi xırda ləvazimatlar ümumilikdə 100-150 manata başa gəlir. Bu isə 300-400 manat maaş alan adam üçün çox böyük maliyyə yüküdür. İnsaf yaxşı şeydir. Bir uşağa güclə nə isə alıb başa çıxırıq. Bəs digəri? İkisinə də almaq lazımdır axı”, - deyə valideyn narazılığını dilə gətirib.  


Beləliklə, məktəb ilinin başlanmasına az qalmış valideynlər büdcələrinə uyğun seçim etməyə çalışır, satıcılar isə hər zövqə və cibə uyğun məhsul təqdim edirlər. Yeni dərs mövsümünün özü isə artıq qapıdadır. 

Aysel Mətləb 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUN 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Bütün Xəbərlər