MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi

MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi
22.10.2025 16:24 Cəmiyyət

Oktyabrın 21-də  Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 35-ci yubiley iclası keçirilib.

TodayPress TV xəbər verir ki, MDB prokurorluq orqanlarının rəhbər şəxsərinin iştirak etdiyi iclasda ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev, Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Talıb Cəfərov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadədən ibarət nümayəndə heyəti təmsil edib.

Baş prokurorunun birinci müavini tədbirdə “Azərbaycan Respublikasında ekoloji təhlükəsizliyin təmin olunmasında prokurroluğun rolu: təcrübə və prioritetlər” mövzusunda çıxış edib. 

Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi ekoloji təhlükəsizliyin qorunması və möhkəmləndirilməsinə dair siyasəti də uğurla davam etdirirlərək bu sahə beynəlxalq səviyyəyə qaldırılıb. COP29-un Bakıda keçirilməsinin Azərbaycanın qlobal ekoloji proseslərdə fəal rolunu nümayiş etdirməsi də çıxışda qeyd olunub. 

Həmçinin, çıxış zamanı Baş Prokurorluq tərəfindən yaradılmış ECOLEAD platformasının ekoloji cinayətlərlə mübarizə və təbiətə vurulan ziyanın bərpasındakı rolundan bəhs olunub.

Bundan başqa, tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 35-ci yubiley iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının prezidenti Emomali Rahmon tərəfindən qəbul edilib.

Səfər zamanı Elçin Məmmədovla Tacikistanın Baş prokuroru Habibullo Vohidzoda ilə görüşüb. 

Görüşdə Azərbaycan və Tacikistan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin tarixi köklərə və ümumi dəyərlərə söykənməsi qeyd olunub.

Bundan əlavə, nümayəndə heyətinin üzvü Babək Zakirzadə səfər çərçivəsində Tacikistan Slavyan universitetinin Hüquq fakültəsinin tələbələrinə “ Azərbaycan Prokurorluğu: Konstitusion statusu və fəaliyyət istiqamətləri” mövzusunda mühazirə deyib. 

Mühazirədə tələbələrə Azərbaycan Prokurorluğunun tarixi, konstitusion statusu və müasir fəaliyyəti barədə məlumat verilib.

TodayPress TV

FOTOLAR

MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 1
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 2
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 3
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 4
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 5
MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirildi — 6
XƏBƏR LENTİ
07 AVQUST 2026
Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu 19:20 Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Bütün Xəbərlər