May ayında müşahidə olunan hava açıqlandı

May ayında müşahidə olunan hava açıqlandı
02.06.2025 17:27 Cəmiyyət

May ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə), 4 gün normadan aşağı (0.2-1.2 dərəcə), 1 gün norma daxilində olub, orta aylıq temperatur isə müsbət 20.4 dərəcə qeydə alınıb. 

TodayPress TV xəbər verir ki, May ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33.5 dərəcə isti qeydə alınıb.

Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda 1 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9.8 dərəcə isti müşahidə olunub. 

May ayında əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib.

Ən çox yağıntı aylıq normanın 203 faizi olmaqla Mərkəzi Aran zonasına (Hacıqabul 54 mm) və aylıq normanın 68 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Maştağa 14 mm) düşüb. 

Ölkəmizdə may ayında 27 dəfə dolu hadisəsi qeydə alınıb. Dolunun ən böyük diametri Kəlbəcər rayonunda 30-35 mm olub. 

May ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib.

Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 22 gün hava şəraiti küləkli keçib.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib.

XƏBƏR LENTİ
30 IYUL 2026
İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Bütün Xəbərlər