Mafiya söhbətləri yeniyetmələrin beynini "yuyur" - Gənclər niyə bu obrazlara meyillidirlər?

Mafiya söhbətləri yeniyetmələrin beynini "yuyur" - Gənclər niyə bu obrazlara meyillidirlər?
16.04.2026 16:18 Cəmiyyət

Son dövrlər yeniyetmələr arasında baş verən zorakılıq halları və aqressiv davranışlar cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə bu kimi hadisələrin səbəbləri müzakirə olunarkən, tez-tez filmlərin və serialların təsiri ön plana çəkilir. 

Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva TodayPress TV-yə bildirib ki, bu tip hadisələri yalnız filmlər və serialların təsiri ilə izah etmək tam doğru hesab etmək olmur və məsələyə daha kompleks yanaşmaq lazımdır.

Psixoloqun sözlərinə görə, yeniyetmələrin bu cür davranışlara yönəlməsi adətən bir neçə faktorun üst-üstə düşməsi ilə bağlı olur:

"Bu tip hadisələrə tək bir səbəblə yanaşmaq olmaz. Seriallar və filmlər müəyyən təsir göstərə bilir, lakin bu, əsas səbəb götürməməlir. Daha çox psixoloji və sosial problemlərə diqqət yetirmək lazımdır. Bu amillər baş verən situasiyaları gücləndirən faktorlar kimi çıxış edir".

Ekspert vurğulayıb ki, uşağın formalaşmasında ailə mühiti həlledici rol oynayır və emosional ehtiyacların qarşılanmaması ciddi nəticələrə səbəb ola bilər:

"Ailə mühiti ən əsas faktorlardan biridir. Əgər uşaq ailədə emosional dəstək, təhlükəsizlik və düzgün sərhədlər görmürsə, dəyər, sevgi və diqqət hissini yaşamırsa, özünü dəyərsiz və laqeyd münasibətə məruz qalmış hiss edi. Bu zaman daxilində yığılan aqressiya və diqqət ehtiyacı fərqli formalarda üzə çıxa bilər.  Valideynlərlə zəif ünsiyyət, laqeydlik və ya həddindən artıq sərt nəzarət uşağın daxili balansını poza bilər".

Mütəxəssis əlavə edib ki, yeniyetməlik dövrü kimlik axtarışı mərhələsi olduğu üçün bu yaşda baxılan məzmunların təsiri daha həssas şəkildə hiss olunur:

"Mafiya mövzulu seriallar və zorakılıq elementləri olan filmlər xüsusilə yeniyetmə yaşında müəyyən təsir göstərə bilər. Bu dövrdə gənclər özlərini axtarırlar. Güc, hakimiyyət və aqressiya nümayiş etdirən obrazlar onlar üçün cəlbedici ola bilər. Əgər yeniyetmənin daxili dünyasında boşluq, aqressiya və ya diqqət ehtiyacı varsa, bu tip obrazlar onun üçün modelə çevrilə bilər. Əgər uşaqda daxili boşluq və ya aqressiya varsa, bu cür obrazlar onun üçün "model" rolunu oynamağa başlayır. Bu təsir birbaşa deyil, lakin mövcud risk faktorlarını gücləndirir. Yəni bu, alovu yaradan yox, onu daha da alovlandıran bir amildir".

Psixoloq sosial mühitin və məktəb təcrübəsinin də mühüm rol oynadığını diqqətə çatdırıb:

"Əgər yeniyetmə məktəbdə zorakılıq, təcrid və ya təzyiqlə üzləşirsə, bu da psixoloji problemlərin dərinləşməsinə səbəb olur. Fərdi xüsusiyyətlər də bu davranışların formalaşmasında rol oynayır. Problemin həlli üçün əsas diqqət uşağın yaşadığı mühitə və psixoloji vəziyyətinə yönəlməlidir. Belə hadisələri yalnız serialların üzərinə atılmamalı, ancaq izlədiyi serial və filmlərə mütləq diqqət yetirilməlidir. Əsas məsələ uşağın yaşadığı mühit, ailə dəstəyi, emosional vəziyyəti və psixoloji sağlamlığıdır. Sağlam ünsiyyət və erkən müdaxilə bu risklərin qarşısını almaqda ən təsirli yollardan biridir".

Nabat Mirzəyeva qeyd edib ki, sağlam psixoloji vəziyyətdə olan uşaq bu cür məzmunlara sadəcə baxır, lakin daxili problemləri olan uşaqlar baxdıqlarını davranışa çevirə bilirlər.

Uşaqların yaşından asılı olmayaraq onları bu cür zorakılıq və aqressiya məzmunlu film və seriallardan mümkün qədər uzaq tutmaq, izlədikləri məzmuna nəzarət etmək də vacibdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər