Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət etdi

Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət etdi
05.03.2026 20:53 Cəmiyyət

Leyla Əliyeva Bakı Şəhər Narkoloji Mərkəzini ziyarət edib.

TodayPress TV xəbər verir ki, Leyla Əliyevaya mərkəz barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ilk narkoloji tibbi müəssisə olan Bakı Şəhər Narkoloji Mərkəzinin əsası 1980-ci ildə qoyulub. Əvvəllər Bakı Şəhər Narkoloji Dispanseri kimi fəaliyyət göstərib.

Qeyd olunub ki, həmin dövrdə alkoqolizmlə mübarizə əsasında narkologiya psixiatriyadan ayrılanda narkoloji müəssisələrin yaradılmasına başlanılıb. Azərbaycanda ilk olaraq həmin narkoloji mərkəz açılıb.

2012-ci ildə dispanser Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib. Səhiyyə Nazirliyinin 2020-ci il 11 avqust tarixli qərarı ilə "Bakı Şəhər Narkoloji Dispanseri" əsasında "Bakı Şəhər Narkoloji Mərkəzi" publik hüquqi şəxsi yaradılıb. Mərkəz 16 otaqdan ibarətdir: qeydiyyat, qəbul, 7 həkim, manipulyasiya, 6 administrativ otaq.

Paytaxtın 12 rayonuna xidmət edən mərkəzin 18 həkim, 25 tibb bacısı və 27 digər vəzifələrdə çalışan əməkdaşı var. Mərkəz gün ərzində 200-300 nəfərə qədər vətəndaşa xidmət göstərmək gücündədir.

Bakı Şəhər Narkoloji Mərkəzində paytaxt üzrə 17 min 557 nəfər, onlardan 1416 nəfər alkoqolizmdən, 14 min 753 nəfər narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları, 1388 nəfər toksiki madddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə qeydiyyatdadır.

Gün ərzində narkoloji asılılıqdan əziyyət çəkən 20 nəfər mərkəzə müraciət edir, nadir hallarda alkoqolizm asılılığına görə müraciət daxil olur. Kəskin vəziyyətləri olan alkoqolizm halları stasionara yönləndirilir. Yüngül vəziyyətdə olan alkoqolizm halları isə mərkəzdə ambulator müalicə edilir.

Bakı Şəhər Narkoloji Mərkəzində siflisz İİV, Hepatit B və C-nin müayinəsi də aparılır.

Mərkəz üçün yeni yerin ayrıldığı, yaxın gələcəkdə həmin məkana köçürüləcəyi də diqqətə çatdırılıb.

Leyla Əliyeva qeydiyyat, qəbul, həkim, baş tibb bacısı, manipulyasiya otaqlarına baş çəkib, mərkəzin tibbi personalı ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Bütün Xəbərlər