Avtomobillərdən gələn təhlükə: Qara tüstü!

Avtomobillərdən gələn təhlükə: Qara tüstü!
23.10.2025 14:56 Cəmiyyət

Şəhər küçələrində tez-tez qara tüstü buraxan avtobus və avtomobillərə rast gəlmək olur. Bu hal həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi zərər vurur.

Ekoloq Sevil Yüzbaşova mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, mühərrikdə yanacağın tam yanmaması nəticəsində əmələ gələn qara tüstü həm avtomobilin texniki nasazlığından, həm də aşağı keyfiyyətli yanacaqdan qaynaqlanır:

"Bu hadisə əsasən köhnə avtomobillərin nasaz mühərriklərində müşahidə olunur. Sadə dildə desək, mühərrik işləyərkən bütün yanacaq tam yanmır. Bu, nasaz karbürator, tıxanmış hava filtri və ya yanacağın keyfiyyətsiz olması ilə əlaqədar ola bilər. Aşağı keyfiyyətli yanacaqdan istifadə natamam yanmaya və his əmələ gəlməsinə gətirib çıxarır. Bu isə təkcə avtomobilin deyil, ətraf mühitin də çirklənməsinə səbəb olur. Yanacağın yanlış saxlanma və ya daşınma şəraiti, həmçinin kir və su ilə çirklənməsi də bu vəziyyəti yaradır. Əgər avtomobildən qara tüstü çıxırsa, bu, avtomobildə potensial problemlərin olduğuna işarədir".

Eskpert əlavə edib ki, nəqliyyat vasitələri atmosfer çirklənməsinin əsas mənbələrindəndir. Onların havaya buraxdığı qazlar smoq adlanan zərərli duman təbəqəsinin yaranmasına səbəb olur.

"Smoq havanın tüstü, his və duman qarışığı ilə çirklənməsidir. Başqa sözlə, havanın Yer səthinə yaxın qatının tüstü və hislə dolması nəticəsində yaranan dumanlı təbəqədir. Bu çirklənmə, əsasən böyük şəhərlərdə və sənaye rayonlarında, kimya müəssisələri, avtomobillər və digər mənbələrdən çıxan qazların təsiri nəticəsində meydana gəlir və sakit, az küləkli havalarda uzun müddət qalır.  Sənaye müəssisələrindən (xüsusilə kimya və metallurgiya sahələrindən) və nəqliyyatdan çıxan qazlar və tüstülər, günəş şüalarının təsiri altında kimyəvi reaksiyaya girərək smoq əmələ gətirirlər".

Ekoloqun fikrincə, avtomobillərdən çıxan qara tüstü tərkibindəki his, karbon monoksit (CO) və azot oksidləri (NOx) səbəbindən tənəffüs yollarına ciddi zərər vurur. Bu, xüsusən astma və xroniki bronxit xəstələri üçün təhlükəlidir.

O qeyd edib ki, bu emissiyalar təkcə insan sağlamlığına deyil, həm də iqlimə mənfi təsir göstərir:

"Onların qarşısını almaq üçün filtrin vaxtında dəyişdirilməsi, yüksək keyfiyyətli yanacaqdan istifadə və mühərrik sistemlərinin müntəzəm yoxlanılması vacibdir".

Sevil Yüzbaşova xəbərdarlıq edib ki, qara tüstü həm avtomobilin texniki vəziyyətinin pisləşməsi, həm də yanacaq sərfiyyatının artması deməkdir. Buna görə də belə hallar dərhal diaqnostika və təmir tələb edir.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Avtomobillərdən gələn təhlükə: Qara tüstü! — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bütün Xəbərlər