Komitə qohum evlilikləri ilə bağlı məlumat yaydı

Komitə qohum evlilikləri ilə bağlı məlumat yaydı
24.07.2025 15:35 Cəmiyyət

2024-cü ilin iyun ayında qəbul edilən və 2025-ci ildən etibarən qüvvəyə minən qohum evliliklərini qadağan edən qanun ölkəmizdə geniş ictimai rezonansa səbəb oldu.

TodayPress TV xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova geniş araşdırması yazısı təqdim edib. 

Qanunun məqsədi və tətbiq mexanizmi aydın şəkildə müəyyənləşdirilsə də, ictimai müzakirələr göstərdi ki, bu sahədə hələ də müəyyən subyektiv yanaşmalar, yanlış təsəvvürlər və stereotiplər mövcuddur. Mövcud vəziyyəti analiz edərək həm qanunun qəbul zərurətini, həm də bu zərurətin hüquqi, tibbi və sosial əsaslarını ictimaiyyətə obyektiv şəkildə çatdırmaq vacibdir.

Qanunun qəbuluna zəmin yaratmış real təhlil və araşdırmalar

Qohum nikahlarının qadağan olunması bir gündə verilmiş qəfil qərar deyil. Bu dəyişiklik, illərlə aparılmış elmi-tibbi araşdırmalar, sistemli maarifləndirmə və beynəlxalq təcrübələrin nəzərə alınması nəticəsində formalaşmış strateji yanaşmanın nəticəsidir. Tibb mütəxəssisləri dəfələrlə bildirmişdir ki, yaxın qohumların evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı kəskin şəkildə artır. Belə ki:

- Yad insanların nikahı zamanı uşaqda qüsur riski 2-4% olduğu halda;

- Qohum nikahlarında bu risk 4-8%-ə qədər yüksəlir, yəni təxminən 2 dəfə artır.

Bu tibbi risklər həm fərdi, həm də ictimai səviyyədə ciddi nəticələr doğurur. Dövlətin məqsədi isə sağlam genofondu qorumaq, gələcək nəsillərin inkişafını təmin etmək və bu sahədə proaktiv tədbirlər görməkdir.

Hüquqi perspektiv: İnsan hüquqları və ictimai rifah arasındakı tarazlıq

Bəzi şəxslər tərəfindən səsləndirilən “Bu qadağa fərdi hüquqların pozulmasıdır” fikri hüquqi baxımdan əsaslı deyil. Beynəlxalq hüquq normaları – xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası – ailənin və uşaqların müdafiəsini dövlətin birbaşa vəzifəsi kimi təsbit edir. Bu baxımdan dövlətin genetik riskləri azaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativ müdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılmışdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunla məhdudlaşdırıla bilər. Beləliklə, qohum nikahlarının qadağan edilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarına tam uyğundur.

Qohumluq dərəcələri və qanunun şamil olunduğu hal

Qanun bütün qohumluq münasibətlərinə deyil, yalnız konkret risk daşıyan yaxın qohum evliliklərinə şamil olunur. Qadağa aşağıdakı halları əhatə edir:

- Qardaşların və bacıların ümumi baba və ya nənəsi olan uşaqları (əmioğlu, xalaoğlu və s.).

- Əmi (dayı) ilə qardaş (bacı) qızı və ya bibi (xala) ilə qardaş (bacı) oğlu arasında nikah.

Bu məhdudiyyətlər, genetik risklərin yüksək olduğu və tibbi nəticələrin daha ağır təzahür etdiyi qohumluq dərəcələri üzrə müəyyənləşdirilmişdir.

Qeyri-rəsmi evliliklər: Sosial və hüquqi fəsadlar

Qanuna qarşı yönəlmiş daha bir iddia qeyri-rəsmi nikahların artması ilə bağlıdır. Bildirilməlidir ki, qeyri-rəsmi nikahlar hüquqi qüvvəyə malik deyil və onların heç bir hüquqi nəticəsi yoxdur. Belə nikahlar: 

- Ər və arvad statusu yaratmır.

- Vərəsəlik, aliment və birgə mülkiyyət hüquqlarını təmin etmir.

- Uşaqların hüquqi statusunu və sosial müdafiəsini riskə atır.

Beləliklə, qeyri-rəsmi nikah cəhdləri hüquqi baxımdan heç bir üstünlük vermir, əksinə, cəmiyyət və fərdlər üçün yeni hüquqi problemlər yaradır. Dövlət qeydiyyatından kənar münasibətlərdə yaranan hüquqi boşluqlar gələcəkdə daha ağır sosial və iqtisadi nəticələrə gətirib çıxara bilər.

Cəmiyyətin ikiqütblü yanaşması və maarifləndirmə zərurəti

Aparılan müşahidələr göstərir ki, əhali arasında bu qanuna münasibət birmənalı deyil:

- Bir qisim insan qanunu alqışlayır və gələcək nəsillərin sağlamlığı baxımından vacib addım kimi dəyərləndirir.

- Digər qisim isə, xüsusilə bəzi regionlarda, bu qərarı illərlə mövcud olan sosial-mədəni ənənələrə qarşı çıxış kimi qəbul edir.

Bu şəraitdə qanunun effektiv və davamlı şəkildə tətbiqi üçün maarifləndirmə işlərinin gücləndirilməsi, ictimai şüurun dəyişdirilməsi və mədəni transformasiyaların təşviqi olduqca vacibdir. Dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti bu keçid prosesini daha səmərəli və ağrısız edə bilər.

Nəticə: Qanun subyektiv yanaşmalardan üstündür

Qohum nikahlarının qadağan edilməsi ilə bağlı səslənən neqativ mövqelər və emosional reaksiyalar subyektiv xarakter daşıyır və çox zaman tibbi, hüquqi və sosial reallıqlara əsaslanmır. Cəmiyyətin ümumi rifahı və gələcək nəsillərin sağlamlığı isə hüquq müstəvisində hər zaman üstün tutulur.

Bu səbəbdən, sözügedən qanun dəyişiklikləri, həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbi cəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib və uzaqgörən addım kimi qiymətləndirilməlidir.

Cəmiyyətin rifahı və gələcək nəsillərin sağlamlığı üçün bu qərarı dəstəkləmək hər bir vətəndaşın mənəvi və hüquqi borcudur.

FOTOLAR

Komitə qohum evlilikləri ilə bağlı məlumat yaydı — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Bütün Xəbərlər