İctimaiyyət deputatı danışığına görə kəskin qınadı, o isə belə cavab verdi: (Ç)Kox hörmətli Ülviyyə xan(ı)um! - VİDEO

İctimaiyyət deputatı danışığına görə kəskin qınadı, o isə belə cavab verdi: (Ç)Kox hörmətli Ülviyyə xan(ı)um! - VİDEO
09.06.2026 10:54 Cəmiyyət

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva onu qınayanlara cavab verib.

Belə ki, o, dialektlərin dilin inkişafında mühüm rol oynadığını vurğulayaraq, onların milli-mədəni irsin ayrılmaz hissəsi olduğunu qeyd edib.

TodayPress TV xəbər verir ki, Ülviyyə Həmzəyevanın sözlərinə görə, dialektlər hər bir dilin canlı mənbəyi hesab olunur və ədəbi dilin formalaşması, zənginləşməsi üçün mühüm əhəmiyyət daşıyır.

Deputat bildirib ki, yerli şivə və dialektlər sayəsində dil yeni sözlər, ifadələr, intonasiyalar və müxtəlif dil xüsusiyyətləri qazanır, bununla da öz tarixi köklərini və özünəməxsusluğunu qoruyub saxlayır:

"İlk növbədə, dialektlər lüğət tərkibinin zənginləşməsinə xidmət edir. Bu gün ümumi istifadədə olan bir çox sözlər vaxtilə yalnız müəyyən bölgələrdə işlədilmişdir. Məişəti, təbiəti, adət-ənənələri və insanların dünyagörüşünü əks etdirən dialekt sözləri dili daha ifadəli, daha dəqiq və daha rəngarəng edir. Bundan əlavə, dialektlər çox vaxt ədəbi dilin formalaşmasının əsasını təşkil edir. Adətən ədəbi dil müəyyən bir bölgənin danışıq forması üzərində qurulur, lakin zaman keçdikcə digər bölgələrin dil xüsusiyyətlərini də mənimsəyərək ümummilli dilə çevrilir".

O əlavə edib ki, dialektlər həm də tarixin canlı aynasıdır. Onlarda ədəbi dildə artıq işlənməyən qədim sözlər, ifadələr və qrammatik formalar qorunub saxlanılır. Bu isə dilçilərə dilin və xalqın keçmişini daha dərindən öyrənmək imkanı verir:

"Dialektlərin digər mühüm xüsusiyyəti onların mədəni kimliyi əks etdirməsidir. Hər bir bölgənin özünəməxsus danışıq tərzi həmin ərazinin tarixini, mədəniyyətini və həyat tərzini yaşadır. Buna görə də canlı xalq danışığı xüsusi emosional çalara və təkrarsız koloritə malikdir.

Bu gün standartlaşma, təhsil və kütləvi informasiya vasitələrinin təsiri nəticəsində bir çox dialektlərin fərqləri tədricən azalır. Bununla belə, onlar hələ də dilin inkişafı üçün mühüm mənbə olaraq qalır, bədii ədəbiyyata, folklora, toponimikaya, onomastikaya və gündəlik danışıq dilinə təsir göstərirlər".

Parlamentari bəzi hallarda dialekt və şivələrə istehza ilə yanaşılmasının düzgün olmadığını bildirib:

"Təəssüf ki, bəzən müəyyən şivə və ya dialektlərə istehza ilə yanaşan insanlara rast gəlinir. Halbuki belə münasibət dilin inkişafına deyil, onun mədəni zənginliyinin azalmasına xidmət edir. Hər bir dialekt xalqın tarixinin, mədəniyyətinin və mənəvi irsinin ayrılmaz hissəsidir. Azərbaycan dilinin dialektləri və şivələri dilimizin zənginliyini, fonetik və leksik xüsusiyyətlərini qoruyub saxlayır. Bir çox regional danışıq formaları Azərbaycan dilinin quruluşunu və əlifbasının xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edir. Xüsusilə Naxçıvan dialekti tez-tez tələffüzlə yazılışın bir-birinə yaxın olduğu danışıq nümunələrindən biri kimi göstərilir".

Millət vəkili sonda cəmiyyətə çağırış edib:

"Gəlin dilimizin bütün dialekt və şivələrinə hörmətlə yanaşaq, bir-birimizə anlayış və ehtiram göstərək. Çünki dil müxtəlifliyini qorumaqla biz tariximizi, mədəniyyətimizi və milli yaddaşımızı qoruyuruq.

(Ç)Kox hörmətli Ülviyyə xan(ı)um! Sizi, böyük məmnuniyyətlə türk o(c)gaqları verilişine dəvət edirik.(G)Qəlməyinizin təsdiqini (g) qözləyirik.

(G)Qül(ç)köhre xanu(ı)m da iştirak ede(c)gek".

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

İctimaiyyət deputatı danışığına görə kəskin qınadı, o isə belə cavab verdi: (Ç)Kox hörmətli Ülviyyə xan(ı)um! - VİDEO — 1
İctimaiyyət deputatı danışığına görə kəskin qınadı, o isə belə cavab verdi: (Ç)Kox hörmətli Ülviyyə xan(ı)um! - VİDEO — 2
İctimaiyyət deputatı danışığına görə kəskin qınadı, o isə belə cavab verdi: (Ç)Kox hörmətli Ülviyyə xan(ı)um! - VİDEO — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər