Hicran Hüseynova: “Quranda qadın–kişi hüquq bərabərliyi açıq şəkildə təsbit olunub”

Hicran Hüseynova: “Quranda qadın–kişi hüquq bərabərliyi açıq şəkildə təsbit olunub”
24.12.2025 15:29 Cəmiyyət

“Biz dünyəvi dövlətik. Eyni zamanda çoxmilyonlu müsəlman dünyasına aidik. Bu amil qadın hüquqlarının müdafiəsində, hüquq bərabərliyinin təmin edilməsində, ailədaxili münasibətlərin və mənəvi dəyərlərin formalaşmasında aydın şəkildə özünü göstərir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusunda panel müzakirəsi zamanı səsləndirib.

O qeyd edib ki, İslam dininin və Müqəddəs Quranın qadına verdiyi dəyəri anlamaq üçün tək bir nümunə kifayətdir. Hicran Hüseynova Qurani-Kərimdə yer alan “Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar üzərində hüquqları vardır” ayəsini xatırladaraq bildirib ki, İslam dini bəşər tarixində qadına bərabər münasibətin əsasını qoyan ilk dəyər sistemlərindəndir:

“Bu yanaşma BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına, eləcə də Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik hüququna tam uyğundur. Onun sözlərinə görə, bu faktlar bir daha sübut edir ki, insan hüquq və azadlıqları ilə bağlı beynəlxalq və milli qanunvericilik prinsipləri Müqəddəs Quranın ayə və surələri ilə paralellik təşkil edir.

Hicran Hüseynova bildirib ki, bu baxımdan dini icmalar qadınların sosial və mənəvi inkişafında mühüm rol oynaya bilər. O qeyd edib ki, ilk növbədə maarifləndirmə işi gücləndirilməli, qadınların ailədə, cəmiyyətdə və iş həyatında hüquqları barədə məlumatlandırma aparılmalı, onların sosial fəallığı təşviq edilməlidir.

Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması, nikah münasibətləri, uşaq tərbiyəsi məsələlərində hüquqi və dini normaların birgə təbliği xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda qadın və qızların sosial, iqtisadi və mədəni sahələrdə iştirakını artırmaq üçün davamlı layihələr həyata keçirilməli, onlara sosial dəstək göstərilməlidir.

Komitə sədri vurğulayıb ki, dini icmalar qadınların həm şəxsiyyət kimi formalaşmasında, həm də cəmiyyətin inkişafına töhfə verməsində katalizator rolunu oynaya bilər. O əlavə edib ki, maarifləndirmə işi yalnız qadın və qızlar arasında deyil, kişilər arasında da aparılmalıdır ki, nəticə daha effektiv və davamlı olsun.

Sonda Hicran Hüseynova panelin tanınmış ictimai-siyasi xadimlər və elm sahəsində öz yeri olan qadınların iştirakı ilə davam etdiriləcəyini bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər