Gəncənin deputatından ölkəni sarsıdan hadisəyə MÜNASİBƏT

Gəncənin deputatından ölkəni sarsıdan hadisəyə MÜNASİBƏT
16.05.2025 17:43 Cəmiyyət

“Cəmiyyətimizdə belə ağır və ağlasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik”.

TodayPress Tv xəbər verir ki, bu fikirləri Milli Məclisin Gəncədən olan deputatı Naqif Həmzəyev öz “Facebook” hesabında yazıb.

O, Gəncədə döyülərək qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovun ölümünə münasibət bildirib:

“Çox təəssüf ki, belə amansız hadisə baş verib. Çox üzülür və kədərlənirəm. Azərbaycan polisi və güc orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq. Qanun qarşısında cavab verəcək.  Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah səbr versin. Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik. Cəmiyyətimizdə belə ağır və ağlasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik”. 

Deputat qeyd edib ki, təhsil müəssisələri, valideynlər, aidiyyatı qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmə gənclərin tərbiyəsinə daha çox yatırım etməlidirlər. 

“Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş bu hadisə baş verməzdi. Bir gəncin, bir ailənin ümidi puç olmazdı...” 

Qeyd edək ki, martın 12-si axşam saatlarında Gəncədə vəhşicəsinə qətlə yetirilən 18 yaşlı Elgün İbrahimovun qatil və ya qatillərinin axtarışları davam edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 AVQUST 2026
ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Dəhşətli hücum dalğası: Dnepropetrovskda 17 nəfər yaralandı 20:53 Əncir dərmək istəyirdi, həyatı faciəvi şəkildə sona çatdı 20:37 Şəkil başqa söz deyir, Tramp başqa - FOTO 20:20 Moskvada yanacaq qıtlığı - Növbələrin “ucu-bucağı yoxdur” - VİDEO 20:02 Ucarda dəhşətli qəza - 6 nəfər yaralandı - FOTO 19:49 Ərdoğan Qəzza ilə bağlı: “Nə lazımdırsa, edəcəyik!” 19:20 İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir” 19:12 Türkiyədə axtarılan cinayətkar Bakıda tapıldı 18:56 Paracüdoçumuz 10-cu dəfə Avropa çempionu oldu 18:38 Bakıda narkotacir saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR 18:32 İran fransalı diplomatları gizli görüşdə “yaxaladı” 18:20 Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ 18:09 Sabah çimərliklərdə temperatur necə olacaq ? 17:34 Deputatın oğlu dövlət hesabına Amerikada oxuyacaq 17:19 Polşada "F-35"lər də daxil 300-dən çox hərbi texnika küçələrə çıxdı 17:00 "Beşiktaş" bir futbolçusu ilə sağollaşdı 16:51 "Wildberries"ə bu dəfə klaviatura ilə hücum etdilər 16:46 Bütün Xəbərlər