Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşdü

Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşdü
16.07.2025 10:02 Cəmiyyət

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Federal Ali Məhkəməsinin sədri Munther İbrahim Hüsseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  

TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan və İraqın müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirdiyi, qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub. 

Fərid Əhmədov hər iki xalqı oxşar tarix, ortaq din və digər mənəvi tellərin bağladığını vurğulayaraq bu səfərin dövlətlərimiz arasında əlaqələrin, xüsusilə hüquqi əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini bildirib. Nazir qeyd edib ki, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar var. 

Munther İbrahim Hüsseyn səmimi qəbula görə öz minnətdarlığını bildirərək qarşılıqlı səfərlərin ölkələr arasında məhkəmə və ədliyyə sahəsində əməkdaşlığın genişlənməsinə təkan verdiyini, hüquqi sahədə əldə olunan irəliləyişləri, eləcə də belə səfərlərin qarşılıqlı təcrübələrin öyrənilməsində vacibliyini qeyd edib.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Fərid Əhmədov İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşdü — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Bütün Xəbərlər