“Ekonom” tarifli taksilər niyə yoxa çıxıb?

“Ekonom” tarifli taksilər niyə yoxa çıxıb?
25.06.2025 13:22 Cəmiyyət

“Ekonom” tarifli taksilərin gecikməsi və ya tapılmaması sürücülərin razılaşdırılmış strategiyası ilə bağlı ola bilər”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bunu TodayPress TV-yə danışarkən bildirib.    

Onun fikrincə, bəzi taksi sifarişi tətbiqlərində, xüsusilə də “Bolt” platformasında müşahidə edilən “ekonom” tarifli taksilərin sifarişlərə cavab verməməsi və müştərilərin konfort sinif seçiminə yönəldilməsi ehtimal olunan kommersiya razılaşmasının nəticəsi ola bilər.    

“Bu sahədə müəyyən “sövdələşmə” ehtimalı mövcuddur. Yaxşı olardı ki, taksi şirkətləri bu məsələ ilə bağlı ictimaiyyətə rəsmi açıqlama versinlər. Çünki təkrar yaşanan bu cür hallar artıq suallar doğurur və ictimai narazılığa səbəb olur”.

Ekspert onu da istisna etmir ki, bu, bəzi sürücülərin və ya operatorların öz maraqları çərçivəsində həyata keçirdiyi qeyri-rəsmi razılaşma da ola bilər:

“Hər şey mümkündür”, - deyə o əlavə edib.

Qeyd edək ki, istifadəçilər tərəfindən tez-tez səsləndirilən narazılığa əsasən, “ekonom” tarifli  taksilər ya sifarişə cavab vermir, ya da sistem tərəfindən sifarişlər davamlı olaraq ləğv edilir. Bu səbəbdən tələsən sərnişinlər daha bahalı komfort sinif taksilər sifariş etməyə məcbur qalır.     

Töhfə Səməd

FOTOLAR

“Ekonom” tarifli taksilər niyə yoxa çıxıb? — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər