Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi
18.06.2025 14:41 Cəmiyyət

Ədliyyə Nazirliyi tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların davamı olaraq “Mobil icra” tətbiqi istifadəyə verilib.

TodayPress TV xəbər verir ki, bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə - həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.

“Mobil icra” tətbiqini həm “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür. İstifadəçilər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və şəxsi kabinet yaradaraq tətbiqdən istifadə edə biləcəklər. 

Tətbiq sayəsində istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri (əmlaka həbs, nəqliyyat vasitəsinə həbs, borclunun axtarışa verilməsi,  ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi və s.) və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə edə biləcəklər.  

Yeni tətbiqin istifadəyə verilməsində məqsəd şəffaflıq və hesabatlılığın artırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi, icra proseslərinə nəzarətin artırılması, həmçinin fiziki və hüquqi şəxslərə rəqəmsal həllərə əsaslanan operativ xidmətlərin təqdim edilməsidir.

Mobil tətbiq mərhələli şəkildə təkmilləşdiriləcək. Belə ki, tətbiqin növbəti versiyasında hüquqi şəxslər üçün arayışların elektron təqdim olunması, fiziki və hüquqi şəxslərin icra işlərinə dair ödənişlərinin onlayn şəkildə tətbiq vasitəsilə həyata keçirilməsi, ödəniş tarixçəsinə və qalıq borca nəzarət edilməsi funksionallıqları istifadəyə veriləcək.

“Mobil icra” tətbiqi “Elektron icra” informasiya sisteminin məlumat bazası üzərindən fəaliyyət göstərir. Qeyd edək ki, 2025-ci ilin birinci yarısında “Elektron icra” informasiya sistemi də təkmilləşdirilərək, yeni funksionallıqlar əlavə edilib, digər sistemlərlə inteqrasiyalar genişləndirilib, informasiya sisteminin avtomatlaşdırma səviyyəsi yüksəldilib. Bu təkmilləşdirmələr məhkəmə və digər orqanların qərarlarının icrasında səmərəliliyin və şəffaflığın artırılmasına şərait yaradıb.

XƏBƏR LENTİ
02 AVQUST 2026
Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 Bütün Xəbərlər