Ədliyyə nazirinin müavini bölgələrdə vətəndaşları qəbul etdi

Ədliyyə nazirinin müavini bölgələrdə vətəndaşları qəbul etdi
18.09.2025 14:42 Cəmiyyət

Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən TodayPress TV-yə verilən xəbərə görə, Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini Abiddin Hüseynov tərəfindən Xaçmaz, Gəncə, Göyçay və Lənkəran regional ədliyyə idarələri ilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videokonfrans vasitəsilə qəbul keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda Notariat, qeydiyyat və reyestr baş idarəsi və İnsan resursları idarəsinin fəaliyyət istiqamətləri ilə bağlı vətəndaş müraciətləri dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Qəbula qatılan vətəndaşlar belə görüşlərin region sakinləri üçün əhəmiyyətini vurğulayıb, operativ həll mexanizmlərindən məmnunluqlarını ifadə ediblər.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

TodayPress TV

FOTOLAR

Ədliyyə nazirinin müavini bölgələrdə vətəndaşları qəbul etdi — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər