Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü

Dubay nağılı kabusa çevrildi: Azərbaycanlı qadın ərəb şeyxinə əsir düşdü
05.06.2026 15:36 Cəmiyyət

Son günlər beynəlxalq mətbuatın və hüquq müdafiəçilərinin diqqəti yenidən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşanan və bir azərbaycanlı ailənin faciəsinə çevrilən hadisəyə yönəlib. Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktumun keçmiş həyat yoldaşı, tanınmış azərbaycanlı gimnast Zeynəb Cavadlı və onun üç azyaşlı qızının Dubay polisi tərəfindən qaçırılaraq naməlum yerdə gizlədildiyi barədə ciddi iddialar var.

TodayPress TV xəbər verir ki, bu mürəkkəb və gərgin prosesi şərh edən hüquqşünas İlqar Layıc məsələnin həm mənəvi, həm də beynəlxalq hüquqi tərəflərini kəskin tənqid edərək, bu hadisəni digər gənc qızlar və valideynlər üçün "görk olası mənfi bir nümunə" kimi xarakterizə edib.

"Zeynəb Cavadlı Bakının müasir və ziyalı ailələrindən birində böyümüş, istedadlı milli gimnastımız olub. Lakin onun həyatı hansısa beynəlxalq yarışda Şeyx Səid bin Məktumun diqqətini çəkməsi ilə tamamilə dəyişib. Şeyxin öz kimliyini açıqlayaraq Dubayda "cənnət həyatı" vəd etməsi, həm gənc idmançını, həm də onun ailəsini razı salmağa kifayət edib. Bu evlilikdən sonra o, Dubaya köçüb.

Hüquqşünas əlavə edib ki, Dubay məhkəməsinin son qərarlarından biri uşaqların ataya təhvil verilməsi ilə bağlı olub və bu qərarın icrası məsələsi müzakirə predmetinə çevrilib. Cavadlının bu qərarla razılaşmadığı və uşaqlarını özü ilə saxlamaq istədiyi bildirilir.

"Lakin İslam qanunvericiliyinə uyğun olaraq çoxarvadlı həyat sürən Şeyxlə münasibətlər uşaqlar dünyaya gəldikdən sonra pozulmağa başlayıb. Dubayın faktiki sahibi olan ərəb tayfasının təzyiqi, təhdidləri və gərgin psixoloji mühit qadını çıxılmaz vəziyyətə salıb. Övladlarına qəlblə bağlı olan ana uşaqlarını götürərək Azərbaycana qayıtmaq istəsə də, əsl mərəkə məhz bundan sonra başlayıb".

İlqar Layıc vurğulayıb ki, bu faciənin kökündə duran əsas problem gənc qızların və onların valideynlərinin xarici nikahlara, xüsusən də fərqli dini və mental dəyərlərə malik ölkələrin nümayəndələri ilə ailə qurmağa dayaz və səhlənkar yanaşmasıdır. Ad-san, var-dövlət və lüks həyat illüziyası real təhlükələri görməyə mane olur:

"Zeynəb Cavadlı istedadlı milli Azərbaycan gimnastı olub, özü də, müasir bir Bakılı ailədən. Görünür, özü də gözəl, görkəmli olub, gimnastlar kimi. Şeyx Saidin də, xoşuna gəlib hansısa yarışda, qıza kimliyini bildirib və Dübayda cənnət həyat söz verib. Düşünülməyib ki, bu qızın həyat qurduğu şəxs və getdiyi ölkə tam başqa ənənə və qaydalara malikdir. O ölkənin qanunları fərqlidir. Bizim müasir mühitdə böyümüş bir qızımız o cür tərbiyə almış ərlə düz gələ bilərmi? O ölkənin qayda-ənənələrinə inteqrasiya oluna bilərmi?! Yoxsa var-dövlətə uyaraq "haydi getdim, ya Allahın ümidinə" deməyin nəticəsi məhz belə olur".

O bildirib ki, vəkil Heyqin təşəbbüsü ilə BMT müstəvisində hüquqi prosedurlara başlanılıb. Lakin nə Dubay polisi, nə də Şeyx Səidin hüquqi nümayəndələri hələ də rəsmi açıqlama verməyiblər.

"Azərbaycan tərəfi, BƏƏ-dəki səfirlik öz vətəndaşını bu məsələ ilə bağlı diqqətsiz qoymamalıdır və yəqin, bəzi addımlar atılar. Hüquqi müstəvidə ən ağrılı məqam övladların kimdə qalması məsələsidir. Azərbaycan qanunvericiliyinə görə boşanma zamanı azyaşlı uşaqlar əksər hallarda anaya verilsə də, Şəriət qanunları və BƏƏ qanunvericiliyi tam fərqli prinsiplərlə işləyir. Sənin ölkəndəki qanunla uşaqlar anada qalır ayrılanda, o ölkə qanunları ilə isə atada. Sən də o ölkədəsənsə, çətin verələr o uşaqları sənə. Sən də uşağına canla bağlısansa, bu artıq çox böyük mənəvi övlad itkisi və sənin faciəndir".

Bu hadisə Dubay şeyxlərinin ailəsində yaşanan ilk belə skandal deyil. Hüquqşünas bir neçə il əvvəl oxşar vəziyyətlə qarşılaşan Britaniyalı bir qadının timsalında maraqlı bir faktı xatırladıb:

"Bir-neçə il əvvəl Britaniyalı bir ingilis qız da bu cür Dubay şeyxinin özü ilə ailə qurmuşdu və eyni problemi yaşamışdı. O gənc qadını iki uşağı ilə birlikdə, ingilis kəşfiyyatının köməyilə, böyük çətinliklərlə İngiltərəyə qaçırtdılar. Bu gün də o qadın və uşaqları intiqam və ya uşaqların yenidən qaçırılması riskinə qarşı ciddi mühafizə altındadırlar".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Bütün Xəbərlər