Dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunanların sayı açıqlandı

Dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunanların sayı açıqlandı
10.09.2025 17:19 Cəmiyyət

2025-ci ilin birinci yarısı üçün sosial-iqtisadi göstəricilər açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında məlumat verib.

O bildirib ki, 01.01.2021-01. 07.2025 illərdə pensiyanın minimum məbləği 200 manatdan 120 manat, yaxud 62.5 % artaraq 320 manata, orta aylıq məbləği isə 302 manatdan 236 manat, yaxud 56 % artaraq 538 manata yüksəlib. Minimum pensiyanın orta aylıq pensiyaya nisbəti 60 % təşkil edir.

Pensiyaçıların sayı 1.103.300 nəfər (əhalinin 10,8 %-i) təşkil edir.

Bunlardan 64,6 %-i yaşa görə, 23 %-i əlilliyə görə, 12,4 %-i ailə başçısının itirilməsinə görə pensiya alır.

Aylıq sosial müavinət və kompensasiya alanlar – 462 419 nəfər

Birdəfəlik sosial müavinət və komp alanlar – 284 55 nəfər

Prezident təqaüdü alanların sayı – 403 298 nəfər

Ünvanlı sosial yardım 80.3 min ailə, 353 300 nəfər.

Hər nəfərə düşən məbləğ 100.37 manat

Cəmi dövlət təminatında olanlar: 929474 nəfər.

Deputat bildirib ki, 2 milyondan çox insan dövlətin sosial müdafiə tədbirləri ilə birbaşa əhatə olunub. Yəni hər 5 nəfərdən biri dövlətdən pensiya, müavinat, təqaüd, yaxud başqa yardım alır.

İqtisadi fəal əhali – 5 355 400 nəfər

Məşğul əhalinin sayı – 5 074 200 nəfər

Muzdlu işçılərin sayı – 1 770 000 (35%)

İşsiz kimi qeydiyyatda olanlar – 231 300 nəfər

İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbbləğ 437,1 manat

Yeni açılan iş yerlərinin sayı 48,9 min. Qeyri-dövlət sektoru 92.1% (74,7%- Bakıda)

Bağlanan iş yerlərinin sayı 4,3 min. Qeyri-dövlət sektoru 54,3 %

"Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, bu, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətində biri də vətəndaşı iş yeri ilə təmin etməkdir. Dövlət sektorunda iş yerini niyə bağlayırıq ki? Bağlamaya ehtiyac yoxdur. Ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Xüsusilə, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm", - deyə M.Quliyev qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər