Bu il Polis Akademiyasına 575 nəfər qəbul olunub

Bu il Polis Akademiyasına 575 nəfər qəbul olunub
16.10.2025 10:18 Cəmiyyət

Daxili İşlər Nazirliyinin Polis Akademiyası bu gün ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrilib. Bunu 2025/2026-cı tədris ili üçün keçirilən qəbul prosesi bir daha təsdiqləyib. Xüsusi təyinatlı bu ali təhsil müəssisəsində qəbul planı üzrə nəzərdə tutulmuş yerlər tam dolub.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətdən bildirilib.

Qeyd olunub ki, orta məktəblərdə keçirilən görüşlər, təqdimatlar və maarifləndirici tədbirlər nəticəsində gənclər Polis Akademiyasını təkcə nüfuzlu ali təhsil müəssisəsi kimi deyil, həm də təhlükəsizliyin, əmin-aman gələcəyin və Vətənə xidmətin ünvanı kimi görürlər.

Respublikanın demək olar ki, bütün ümumtəhsil müəssisələrini, o cümlədən ən ucqar kəndlərdə yerləşən tam orta məktəbləri əhatə edən təşviqat tədbirləri nəticəsində daxili işlər orqanlarinin təhsil sisteminə maraq ildən-ilə artmaqdadır.

2024/2025-ci tədris ilində qəbul üçün 2250 nəfər müraciət etdiyi halda, bu tədris ilində həmin rəqəm 2938 nəfərə yüksəlib. Onlardan 550 nəfər hüquqşünaslıq, 25 nəfər isə informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul olunub.

Ən yüksək bal hüquqşünaslıq ixtisasında 675,3, informasiya təhlükəsizliyi ixtisasında isə 675,7 olub. Minimum keçid balları da ötən illərlə müqayisədə yüksələrək, müvafiq olaraq 462,4 və 568 bal təşkil edib. Ümumilikdə 72 nəfər 600 baldan çox nəticə göstərib.

Məlum olduğu kimi, Polis Akademiyasına qəbul yalnız test imtahanı ilə məhdudlaşmır. Namizədlər əvvəlcə fiziki hazırlıq sınaqları, psixoloji və bilik testləri, daha sonra isə Seçmə Komissiyadan keçirlər. Bu sistem yalnız bilikli deyil, həm də güclü, dözümlü və sağlam düşüncəli gənclərin seçilməsinə imkan yaradır. Şəffaf imtahan prosesi sosial mənşəyindən asılı olmayaraq, hər bir istedadlı gəncə bərabər imkanlar təqdim edir.

Gənclər arasında daxili işlər orqanlarında xidmətə və təhsilə marağın artırılması məqsədilə təşviqat kampaniyaları davam etdirilir. Şagirdlərlə keçirilən maarifləndirici görüşlərdə hüquq-mühafizə sistemində xidmətin əhəmiyyəti, vətənpərvərlik dəyərləri, qəbul şərtləri, imtahan mərhələləri və tədris prosesi barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, kursantların sayının artması Akademiyanın maddi-texniki bazasının da genişləndirilməsini zəruri edib. Akademiyada təhsil korpusları, yataqxanalar, tədris laboratoriyaları tikilib, geyim və qidalanma təminatı yenilənib, infrastruktur tam şəkildə müasirləşdirilərək gənclərin hərtərəfli hazırlığı üçün əlverişli şərait yaradılıb.

TodayPress TV

FOTOLAR

Bu il Polis Akademiyasına 575 nəfər qəbul olunub — 1
Bu il Polis Akademiyasına 575 nəfər qəbul olunub — 2
Bu il Polis Akademiyasına 575 nəfər qəbul olunub — 3
Bu il Polis Akademiyasına 575 nəfər qəbul olunub — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Bütün Xəbərlər