Bu gün Beynəlxalq İtkinlər Günüdür

Bu gün Beynəlxalq İtkinlər Günüdür
30.08.2025 09:30 Cəmiyyət

Bu gün Beynəlxalq İtkinlər Günüdür.

TodayPress TV xəbər verir ki, avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur.

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımızın 3 mindən çoxu hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub.

Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə, onlar girov götürülüb və bir çox hallarda öldürülüb. Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar öldürülüb. İşgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib.

Hər bir dövlətin qeyd edilən cinayətlər və insan hüquqları pozuntularının təhqiqatının aparılması, günahkarların məsuliyyətə cəlb edilməsi, belə pozuntuların təkrar olunmasının qarşısının alınması, eləcə də qurbanların ailələrinin müvafiq hüquqlarının təmin edilməsi ilə bağlı öhdəlikləri mövcuddur.

Azərbaycan da itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.

Azərbaycan beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "İtkin düşmüş şəxslər" ilə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən "Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında" adlı qətnamənin əsas təşəbbüskarıdır.

XƏBƏR LENTİ
19 IYUN 2026
Azərbaycanın baş nazirini Tiflisdə arxadan güllələyib öldürdülər - Xoyski yaratdığı ölkənin şəhidi oldu... 15:57 "Araz-Naxçıvan" Luka Dumançiçlə anlaşdı 15:47 Moskvanın vurulmasının bədəli - Azərbaycanlılara milyonlarla ziyan dəydi, çarəsizdirlər 15:34 XİN ikitərəfli görüş barədə məlumat yaydı - Nələr müzakirə edildi? 15:29 Növbəti 3 gündə Azərbaycanda güclü külək əsəcək 15:20 "Sabah" Ceyms İdslə yolları ayırdı 15:09 Məktəbəqədər təhsillə bağlı yeni model tətbiq ediləcək 15:07 Moskva "qələbə" elan etdi - Zelenskinin məktubuna Moskvadan cavab gəldi 14:57 Sənaye və kənd təsərrüfatı obyektləri subsidiyalaşdırılacaq - TƏSDİQLƏNDİ 14:53 Bu Nazirliklərə yeni səlahiyyətlər verildi - FƏRMAN 14:49 Xəzər rayonunda yanğın başladı 14:47 Məclisi bağlayıb istədiklərini edirlər - İranda parlament qiyama qalxdı, Əraqçinin "Qırmızı Xətti" keçildi 14:31 Moskva gün işığına həsrət qaldı - Ukrayna dronları səmaları örtdü - VİDEO 14:12 Rusiya yoxa çıxır, nə edirsiniz? 14:06 İran erməni qardaşlarına bərk hiddətləndi: Proseslər nəzarətdən çıxır... 14:01 Türkiyə NATO-nun V maddəsinin işə düşməsini tələb etdi - Ankara sammiti öncəsi qlobal laylar tərpəndi 13:45 Azərbaycanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - TƏSDİQLƏNDİ 13:42 "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edildi 13:33 Putin tapşırıq verdi - Ukrayna Ordusu kütləvi şəkildə qətlə yetirilicək - Lavrov açıqladı... 13:12 Bu Avropa ölkəsi ilə diplomatik əlaqələrdə tarixi addım təsdiqləndi 13:11 Temperatur kəskin dəyişəcək - SABAHIN HAVASI 13:08 DÇ 2026: Türkiyə Paraqvaya qarşı 12:51 Zahid Oruc: "Tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri..." 12:41 Prezident: Dağıstanlıların qoruyub saxladığı bu heykəl mənim babamın yadigarıdır - FOTO 12:43 Media və Yayım Şurası yaradılır 12:33 Bütün Xəbərlər