BMT: Azərbaycan təmiz enerji və yaşıl iqtisadiyyata keçidi sürətləndirir

BMT: Azərbaycan təmiz enerji və yaşıl iqtisadiyyata keçidi sürətləndirir
23.01.2026 10:05 Cəmiyyət

"Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə sənədi (NDC 3.0) dekarbonizasiya üzrə əsas istiqamətləri müəyyənləşdirir və dayanıqlı iqtisadiyyat üçün möhkəm zəmin yaradır" 

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycanda BMT-nin Rezident Əlaqələndiricisi İqor Qarafuliç Beynəlxalq Təmiz Enerji Günü Münasibətilə Dəyirmi Masa və İƏT TEM Təmiz Enerji Hakatonu 2026 Mükafatlandırma mərasimində bildirib.

Onun sözlərinə görə, sənəd bərpa olunan enerjinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, dayanıqlı nəqliyyatın təşviqi və binaların enerji göstəricilərinin yaxşılaşdırılmasını əhatə edir:

"Eyni zamanda, ədalətli və bərabərhüquqlu keçid prinsipləri önə çəkilir ki, bu da iqtisadi şaxələndirmə və ölkənin rəqabətqabiliyyətinin güclənməsinə töhfə verəcək. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədi  əlçatan və təmiz enerji  üzrə də real irəliləyiş əldə edir. Hökumət Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yaşıl enerji zonalarının yaradılmasını nəzərdə tutan milli yol xəritəsi hazırlayır.

BMT rəsmisi həmçinin vurğulayıb ki, bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlbi prioritetdir".

O əlavə edib ki, elektrik şəbəkəsinin modernləşdirilməsinə yönələn iri investisiyalar yeni layihələrin inteqrasiyasına şərait yaradır, enerji təhlükəsizliyini gücləndirir və özəl sektorun rolunu artırır. BMT isə 2021-2025-ci illər üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın NDC 3.0 hədəflərinin icrasında və SDG 7 üzrə irəliləyişində dəstəyə hazırdır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər