"Bəlkə biz Xameneiyə yas keçirmişik?!" - Sabir Rüstəmxanlıdan tənqidçilərə SƏRT CAVAB

"Bəlkə biz Xameneiyə yas keçirmişik?!" - Sabir Rüstəmxanlıdan tənqidçilərə SƏRT CAVAB
14.04.2026 10:38 Cəmiyyət

Millət vəkili Tənzilə Rüstəmxanlı bildirib ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatının 40-cı gününün ilk xarici ölkə olaraq Azərbaycanda qeyd olunması xüsusi simvolik məna daşıyır. Onun sözlərinə görə, bu addım Azərbaycan xalqının İran xalqına olan hörmətinin, eləcə də ortaq dini və mənəvi dəyərlərin təzahürüdür.

Deputatın bu fikirləri cəmiyyət arasında fikir ayrılıqlarına səbəb olub.

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı Tənzilə Rüstəmxanlının həyat yoldaşı, sabiq deputat Sabir Rüstəmxanlı bildirib ki, insanları fikirlərinə görə qınamaq düzgün deyil:

"Nədən yazırsan yaz, hadisələrə necə münasibət bildirirsən bildir, söhbətin nədən getdiyini anlamayan bir dəstə nadan, böhtançı, şər atmağa fürsət gəzən, əxlaqsız və öz millətindən bixəbər insanlar ortaya çıxıb sənin sözlərini ya ağılları kəsdiyi kimi, ya da öz şərəfsizliklərinə uyğun şəkildə yozacaqlar.

Bəlkə biz Xameneiyə yas keçirmişik? Bəlkə siz yas keçirənin kimliyini bilmirsiniz? Hansı haqla bizi belə işlərə qatıb ittiham edirsiniz? “Yas simvolik məna daşıyır” demək yas keçirmək və ya ona haqq qazandırmaq deməkdirmi? Bu sözü demək İran molla rejimini müdafiə etməkdirmi?".

Keçmiş millət vəkili vurğulayıb ki, onun mövqeyini tənqid edənlər əvvəlcə faktları araşdırmalı, daha sonra fikir bildirməlidirlər:

"Dil bilmirsinizsə, gedin oxuyun, dilimizi öyrənin! Gedin, 28 il əvvəl və 4 ay öncə Xameneiyə yazdığım açıq məktubları tapıb oxuyun! Görün, indiki İran rejiminin düşmən mahiyyətini məndən artıq kim ifşa edib? İran türklərinin hüquqlarını məndən artıq kim müdafiə edir?".

O, müxtəlif ittihamlarla üzləşdiyini vurğulayaraq əlavə edib ki, bəzi şəxslər onu həm “iranpərəst”, həm də “İran düşməni” kimi təqdim etməyə çalışır:

"Sizin ananız, bacınız, qızınız yoxdur? Zərrə qədər namusu, qeyrəti olan insan başqasının ailəsinə dil uzatmaz. Sürü təfəkkürü ilə yaşayan və uydurma kimliklərlə ortaya çıxanlar nə vaxta qədər tanınmış insanları gözdən salmağa çalışacaqlar? Bu, insan olana yaraşan hərəkətdirmi?".

Qeyd edək ki, aprelin 10-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib. Rəsmilərin də iştirakı ilə anım mərasiminin keçirilməsi cəmiyyətdə müzakirələr yaradıb. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər