Bazarda kərə yağı qıtlığı: Qiymətlər bahalaşacaq?

Bazarda kərə yağı qıtlığı: Qiymətlər bahalaşacaq?
20.10.2025 16:09 Cəmiyyət

"Kərə yağının qiymətində müşahidə olunan artım bir sıra iqtisadi və struktur səbəblərlə bağlıdır".

Bunu iqtisadçı Günay Hüseynova TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, statistik rəqəmlər həmişə real vəziyyəti tam əks etdirmir, çünki rəsmi qeydiyyata düşməyən, vergiyə cəlb olunmayan satış həcmləri kifayət qədər çoxdur:

"Xüsusilə bazarlarda, kənd və rayonlardan birbaşa sifarişçilərə və mağazalara göndərilən məhsullar bu statistikaya daxil edilmir. Rəsmi olmayan satış, qeyri-statistik rəqəmlərlə göstərilən miqdarlar və digər amillər real mənzərəni təhrif edir".

Ekspert əlavə edib ki, yağ istehsalının azalmasının əsas səbəblərindən biri xammal, yəni süd məhsullarının çatışmazlığıdır. Heyvanların saxlanma və yem xərclərinin artması bu sahəyə marağı azaldır, nəticədə isə tələb-təklif balansı pozulur və qiymətlər yüksəlir: 

"Bazardakı disbalansın digər mühüm səbəbi idxal olunan yağlardır. Bəzi idxal məhsulları ucuz istehsal texnologiyasına malik olduğu üçün daha aşağı qiymətə satılır. Hətta kərə yağı adı altında mənşəyi məlum olmayan yağlar da bazara çıxarılır. Alıcıların bir qismi isə xarici məhsulu daha keyfiyyətli hesab edir".

İqtisadçının fikrincə, qiymətlərin tənzimlənməsi və bazarda şəffaflığın təmin olunması üçün ciddi islahatlara ehtiyac var:

"Əvvəlcə bazarlarda və kəndlərdən, rayonlarından gələn məhsullar vergiyə cəlb olunmalıdır. Əgər şəxs gəlir əldə edib vergi ödəmirsə, amma işsiz statusunda yardım alırsa, bu, sosial və iqtisadi ədalətsizlik yaradır".

Günay Hüseynova vurğulayıb ki, həm real statistik mənzərənin formalaşdırılması, həm də yerli istehsalın qorunması məqsədilə idxal rüsumlarının artırılması və kvotaların tətbiqi vacibdir.

Onun hesabınca, yerli istehsalı dəstəkləyən təşəbbüslər həm məşğulluğun artmasına, həm də daxili bazarın güclənməsinə xidmət edəcək.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə kərə yağı istehsalında kəskin azalma qeydə alınıb. Belə ki, bu dövrdə 19 935.1 ton kərə yağı istehsal olunub ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.8 faiz azdır.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bazarda kərə yağı qıtlığı: Qiymətlər bahalaşacaq? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
"İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Bütün Xəbərlər