Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi
19.09.2025 11:32 Cəmiyyət

Sentyabrın 18-də Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Baş prokurorun rəhbərliyi ilə Muxtar Respublika, Naxçıvan hərbi, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqların əməkdaşlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra müşavirə iştirakçıları tərəfindən Ulu öndərin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Müşavirədə giriş nitqi ilə çıxış edən Baş prokuror Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması, birliyimizin, həmrəyliyimizin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bariz nümunəsi olduğunu bildirərək, Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının inkişafına verdiyi töhfə, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən hüquq sistemində aparılmış islahatlar, işğaldan azad olunmuş ərazilərimizdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın da yaxından iştirakilə bərpa və yenidənqurma prosesləri ilə əlaqədar çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verib.

Bundan sonra Naxçıvan Muxtar Respublikasında cinayətkarlığın dinamikasına, cinayət mühakimə icraatında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə yol verilmiş nöqsanlar müzakirə edilib.

Müşavirədə, həmçinin Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanlarında görülən işlər barədə çıxış edərək, Baş prokurorluğun muxtar respublika prokurorluğuna daima diqqət və qayğısı, eləcə də digər-hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət  barədə ətraflı məruzə ilə çıxış edib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Daha sonra Baş Prokuror Naxçıvan Muxtar Respublikası prokurorluğunun və Naxçıvan hərbi prokurorluğunun bir qrup əməkdaşını xidmətdə fərqləndiklərinə görə prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ərəfəsində təltif edib.

Sonda xatirə fotoşəkili çəkilib.

TodayPress TV

FOTOLAR

Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi — 1
Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi — 2
Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi — 3
Baş prokuror Naxçıvanda əməliyyat müşavirəsi keçirdi — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Bütün Xəbərlər