Bakıdan Naxçıvana dəmir yolu xətti açılır: Şərtlər RAZILAŞDIRILDI

Bakıdan Naxçıvana dəmir yolu xətti açılır: Şərtlər RAZILAŞDIRILDI
18.08.2025 17:22 Cəmiyyət

Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdən sonra Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəlib. Bu kontekstdə Bakı-Naxçıvan dəmir yolunun da istifadəyə verilib-verilməyəcəyi müzakirə olunur.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, ilkin mərhələdə dəmir yolu xətti üzrə yük daşımalarının həyata keçirilməsi gözlənilir:

“Zəngəzur ərazisindən keçən 43 kilometrlik hissənin tikilərək istifadəyə verilməsi nəticəsində Naxçıvana keçid təmin ediləcək. Eyni zamanda, Naxçıvanda mövcud yolun müasir tələblərə uyğun şəkildə yenilənməsi üçün texniki-iqtisadi əsaslandırma hazırlanıb”. 

Ekspertin fikrincə, layihənin icrası mərhələli şəkildə həyata keçiriləcək:

“İlk mərhələdə yük daşımalarına başlanılacaq. Sonrakı dövrlərdə isə sərnişin daşımalarının təşkili mümkün olacaq. İki ölkə arasında bu istiqamətdə əsas şərtlər razılaşdırılıb. Dəmir yolunun mərhələli şəkildə işə salınması həm iqtisadi, həm də logistik baxımdan daha səmərəli yanaşmadır”.

E.Cəfərov əlavə edib ki, bu layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyətə malikdir:

“Azərbaycanın qitələri birləşdirən nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməsi, eyni zamanda, Naxçıvanın regional mərkəzə çevrilməsi baxımından bu dəhlizin açılması önəmli rol oynayacaq”.

Türkan İsgəndərli

FOTOLAR

Bakıdan Naxçıvana dəmir yolu xətti açılır: Şərtlər RAZILAŞDIRILDI — 1
XƏBƏR LENTİ
11 AVQUST 2026
"Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ 22:12 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 İran ABŞ-yə şərtlərini qoydu: Hörmüz boğazı bu halda açılacaq! 20:46 İlham Əliyev Naxçıvanda yeni elektrik avtobuslarına baxdı - YENİLƏNDİ 20:14 Prezident və xanımı Naxçıvanda yeni DOST Mərkəzini açdı - YENİLƏNDİ 20:16 Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir 20:36 Bütün Xəbərlər