Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım

Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım
22.06.2026 10:23 Cəmiyyət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasını növbəti "Airbus A320neo" tipli müasir təyyarə ilə gücləndirib.

Bu barədə TodayPress TV-yə AZAL-dan məlumat verilib.

Bildirilib ki, yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha rahat və müasir səyahət imkanlarının təqdim olunmasına xidmət edir. Belə ki, "Airspace" kabini daha geniş salon, xüsusi oturacaqlar və böyük əl yükü bölmələri ilə sərnişinlərin rahatlığını artırır. Təyyarə, həmçinin müasir əyləncə sistemi, yüksəksürətli "Wi Fi" xidməti və biznes sinfində fərdi monitorlarla təchiz olunub.

"Airbus A320neo" yeni nəsil mühərriklərinə malik olduğundan daha az yanacaq sərf edir, karbon emissiyalarını azaldır və 6300 kilometrədək uçuş məsafəsi ilə regional və orta marşrutlarda səmərəli fəaliyyət göstərir.

Yeni hava gəmisinin donanmaya daxil edilməsi əməliyyat səmərəliliyinin artırılması, yanacaq sərfiyyatının və ətraf mühitə təsirin azaldılması, xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də yeni istiqamətlər üzrə uçuş imkanlarının genişləndirilməsi baxımından AZAL üçün xüsusi əhəmiyyət kəsb edir.

Yeni hava gəmisi AZAL-ın 28 təyyarədən ibarət donanmasında sayca dördüncü "Airbus A320neo" modelidir. Sərnişin təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsini və marşrut şəbəkəsinin genişləndirilməsini əsas prioritet müəyyən edən AZAL 2032-ci ilə qədər donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir. Bu, AZAL-ın donanmasının modernləşdirilməsi strategiyası çərçivəsində atdığı növbəti mühüm addım olmaqla, Bakının regionun aparıcı hava nəqliyyat qovşaqlarından biri kimi mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir.

TodayPress TV

FOTOLAR

Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım — 1
Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım — 2
Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım — 3
XƏBƏR LENTİ
22 IYUN 2026
“Dostlug” tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirildi 11:56 Farslar Pezeşkiana xəyanət edib topun ağzına atdılar - İranda ağılagəlməz ağıl oyunları yaşanır 11:52 Qırğızıstan hərbçiləri ölkəmizdə səfərdədir - Birgə əməliyyatlar planlaşdırılacaq 11:40 İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü oldu 11:29 İranda öldürülən qadınların saçları Ermənistana ixrac edilir? — Gömrükdə ortaya çıxan görüntülər dünyanı sarsıtdı 11:28 Bakıda qəza: avtomobil motosikletçini vurdu - VİDEO 11:21 Qafqazda tarix yazılır: Ermənistan özünü bu sahədə Azərbaycana əmanət etdi 11:18 İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü oldu 11:15 Bakıda moped oğurlayan şəxsin GÖRÜNTÜLƏRİ 11:12 Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu 11:02 Polis "nəqliyyat canavarı"nı saxladı - VİDEO 10:58 Elvin əsas heyətə qayıtdı 10:55 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq 10:46 Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi 10:40 Azərbaycanlılar Göyçə gölünün görüntüləri ilə gündəm oldu — VİDEO 10:38 XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir 10:37 Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım 10:23 Neft bazarında zəifləmə davam edir - Birjalarda qiymətlər ürəkaçan deyil 10:13 Ermənistanda zəlzələ oldu 10:06 Məişət zəminində cinayət: 18 yaşlı qız oğlanı bıçaqladı 10:01 Türkmənistan Prezidenti Azərbaycanda dövlət səfərindədir 09:48 İspaniya DÇ tarixində unikal rekorda imza atdı 09:44 Starmer komandasını yığıb gedir - Britaniyada siyasi böhran 09:35 Ukraynadan növbəti zərbə – hədəf bu dəfə FSB oldu 09:36 İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək 09:19 Bütün Xəbərlər