Bakı Metropoliteni tarixində ilk – “Metro Hackathon” layihəsinin qalibləri bəlli oldu

Bakı Metropoliteni tarixində ilk – “Metro Hackathon” layihəsinin qalibləri bəlli oldu
03.05.2026 16:09 Cəmiyyət

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tarixi yeniliyə imza atıb.

TodayPress TV xəbər verir ki, 1-3 mayda süni intellekt (Aİ) əsaslı innovativ həllərlə sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin potensialının reallaşdırılması məqsədilə "Metro Hackathon" layihəsi keçirilib.

Layihədə iştirak üçün ümumilikdə 1 201 nəfər müraciət edib. Bir aydan çox davam edən qeydiyyat mərhələsində proqrama xüsusən gənclər və sahə üzrə mütəxəssislər ciddi maraq göstəriblər.

875 bakalavr və magistr tələbəsi və sahə üzrə 326 peşəkar mütəxəssis arasında aparılan seçim prosesinin yekunlarına əsasən, 72 namizədin iştirakı təsdiqlənib. Onlar arasında ortalama yaş həddi isə 19-24 olub.

Seçim prosesi peşəkar mütəxəssislər tərəfindən bir neçə meyar üzrə (texniki uyğunluq, ideya yanaşması, komanda balansı və s.) kompleks şəkildə aparılaraq ümumi rəy formalaşdırılıb.

3 gün davam edən yarışmada hərəsi 4 təsadüfi iştirakçıdan formalaşdırılan 18 komanda mübarizə aparıb.

Komandalar metropolitenin stansiyalarının – "İçərişəhər", "Sahil", "28 May", "Gənclik", "Bakmil", "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Həzi Aslanov", "Xətai", "Cəfər Cabbarlı", "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəsimi", "Dərnəgül" və "8 Noyabr" adları altında yarışıblar.

Müsabiqənin ilk iki günündə "İçərişəhər" stansiyasında qurulan xüsusi yarış məkanında hazırlanan prezentasiyalar, süni intellekt əsaslı innovativ həllər və təkliflər mayın 3-də Bakı Metropoliteninin Texnoloji korpusunun akt zalında reallaşan yekun tədbirdə peşəkar mütəxəssislərdən formalaşmış 5 nəfərlik münsiflər heyətinə təqdim edilib. Qızğın müzakirələrdən sonra yekun qiymətləndirilmə aparılaraq qaliblər müəyyənləşdiriliblər.

Münsiflər heyətinin yekdil qərarı ilə 1-ci yerə "Xətai" komandası layiq görülüb. Qalib komandaya təşkilatçılar tərəfindən 5 000 manat pul mükafatı təqdim edilib.

"Gənclik" komandası ikinci, "Sahil" komandası isə üçüncü yeri tutub. Bu komandalara müvafiq olaraq, 3 000 və 1 000 AZN məbləğində mükafat verilib.

Həmçinin, perspektivli gənclərə metro sistemində layihələrini tətbiq etmək və gələcək karyeraları üçün əlavə təcrübə qazanmaq baxımından geniş şərait imkanları təqdim olunub.

Qeyd edək ki, Bakı Metropoliteni hakatona hazırlıq çərçivəsində ölkənin 5 aparıcı ali təhsil müəssisəsində geniş infosessiyalar keçirərək təqdimatlar edib. Ümumilikdə 300-dən çox tələbənin iştirak etdiyi bu görüşlərdə layihənin tam mahiyyəti izah olunub və gənclərin texnoloji həllərə cəlb edilməsi üçün müvafiq məlumatlandırma işləri aparılıb.

İştirakçılar metronun real məlumat bazasından istifadə edərək süni intellekt mühəndisliyindən data analitikasına qədər müxtəlif istiqamətlərdə güclərini sınamaq imkanı əldə ediblər.

Layihənin təşkilində məqsəd süni intellekt (AI) əsaslı texnologiyalar vasitəsilə sərnişin axınının idarə olunması və sıxlığın azaldılması kimi strateji hədəflərə, həmçinin gənclərin innovativ ideyalarını real infrastruktur həllərinə çevirməklə paytaxtın nəqliyyat sistemində rəqəmsal transformasiyaya nail olmağa xidmət edir.

XƏBƏR LENTİ
17 IYUN 2026
Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Bütün Xəbərlər