33 ildən sonra Ağdamda göz yaşları: Şəhərdə ilk dəfə "Son zəng" çalındı!

33 ildən sonra Ağdamda göz yaşları: Şəhərdə ilk dəfə "Son zəng" çalındı!
13.06.2026 13:57 Cəmiyyət

Bu gün Ağdam şəhərində 33 ildən sonra ilk dəfə “Son zəng” çalınıb.

TodayPress TV xəbər verir ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, məktəb kollektivi və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər məzunları təbrik edib, onlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıblar. Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ağdam şəhərində sonuncu dəfə 1993-cü ildə “Son zəng” günü qeyd edilib.

Bu gün həmçinin Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı və Kəngərli kəndlərində də 33 ildən sonra “Son zəng” tədbirləri keçirilib.

Xatırladaq ki, Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinfini bu il bitirən yeganə məzunu Nihat İbrahimovdur. Kəlbəcər rayonunda yerləşən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə də bu gün ilk dəfə “Son zəng” çalınıb. Azad Kəlbəcərin ilk və tək məzunu isə Nəzrin Atakişiyevadır.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər