Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir

Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir
11.08.2025 15:35 Cəmiyyət

“Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir.  

Bu barədə TodayPress TV-yə Səhmdar cəmiyyətindən məlumat verilib.

Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

Proqram sizə nə qazandıracaq?

6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

Təcrübə dövründə aylıq əmək haqqı

Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Kimləri axtarırıq?

Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gəncləri

Ali texniki, orta texniki və ilk texniki peşə ixtisaslı məzunları

Seçim prosesi necə aparılır?

Müsahibə

Texniki biliklərin yoxlanması

Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

Metropoliten sizə nə vəd edir?

Metropolitendən ödənişsiz istifadə

Nahar (güzəştli)

Müraciət üçün Bakı Metropoliteninin “[email protected]” e-mail ünvanına “Qatar maşinisti” başlığını qeyd etməklə CV göndərə bilərsiniz.

Müraciət üçün son tarix: 31 avqust 2025

Uğurlar!

FOTOLAR

Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
"Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 Bütün Xəbərlər