Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirəcək
11.07.2025 18:06 Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) baş direktoru İqbal Hüseynov və "Temiryulkargo" SC-nin baş direktoru Abdusamat Muminov işçi görüş keçiriblər.

TodayPress TV bu barədə Özbəkistan KİV-nə istinadən xəbər verir.

Danışıqlarda əsas diqqət Orta Dəhliz çərçivəsində nəqliyyat əməkdaşlığının inkişafına yönəldilib. Tərəflər ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən "Temiryolkargo" vaqonlarının Azərbaycan və qonşu ölkələrin ərazisində yerləşdirilməsi barədə ilkin razılaq əldə ediblər. Bu, logistika zəncirlərinin optimallaşdırılması üçün əlavə imkanlar yaradacaq.

Xüsusi diqqət Orta Dəhliz marşrutları üzrə Özbəkistanın ixrac-idxal daşımalarının həcminin artırılmasına yönəldilib. Tərəflər tərəfdaşlıq sazişlərinin imzalanması və müasir logistika həllərinin tətbiqi hesabına yeni yük axınlarının cəlb edilməsində maraqlı olduqlarını ifadə ediblər.

Bundan əlavə, “ADY Express” MMC-nin direktoru Azad Qasımovla ayrıca danışıqlar keçirilib. Burada gələcək əməkdaşlığın texniki və təşkilati aspektləri müzakirə olunub.

Razılaşdırılmış təşəbbüslər regionun tranzit potensialının gücləndirilməsinə, yük daşımalarının səmərəliliyinin artırılmasına və dayanıqlı beynəlxalq logistika marşrutlarının inkişafına yönəldilib.

XƏBƏR LENTİ
14 AVQUST 2026
ABŞ İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə uzada bilər 08:56 Mourinyonun “Real”da uğur şansını dəyərləndirildi 09:06 Bakının bu ərazilərində işıqlar sönəcək – Saatlar açıqlandı 08:51 Stubb Rusiyaya vaxt verdi: “Bir neçə həftəyə əlaqə qurmalıyıq” 08:34 Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçdi 08:25 Xankəndi növbəti sakinlərini qarşıladı 08:22 Oğruların ilk yoxladığı yerlər: Açarınızı buralarda gizlətməyin! 01:05 Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Bütün Xəbərlər