AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başladı

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başladı
06.04.2026 15:54 Cəmiyyət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb.

Bu barədə TodayPress TV-yə səhmdar cəmiyyətindən bildirilib.

Gələn aydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar "Air Serbia"nın uçuş cədvəlinə uyğun olaraq həftədə iki dəfə həyata keçiriləcək. Kod-şerinq əməkdaşlığı çərçivəsində AZAL-ın "Air Serbia"nın icra etdiyi reyslərə yerləşdirdiyi marketinq kodu sərnişinlərə Belqrad–Bakı–Belqrad marşrutu üzrə rahat bron imkanları, çevik səyahət və geniş transfer imkanları təqdim edəcək. Kod-şerinq sazişi çərçivəsində ilk reys 3 maya planlaşdırılıb.

Milli aviadaşıyıcılar arasında qurulan bu əməkdaşlıq beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur. Yeni tərəfdaşlıq sərnişinlərə daha geniş istiqamət seçimi, çeviklik, rahat səyahət imkanları və Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda, bu saziş turizm, biznes və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

"Bu əməkdaşlıq nəticəsində sərnişinlər koordinasiyalı xidmətlərdən faydalanacaq, biletləri AZAL-ın satış kanalları vasitəsilə əldə edərək Bakı və Belqrad arasında rahat səyahət imkanına malik olacaq. AZAL marşrut şəbəkəsini və strateji tərəfdaşlıqlarını aktiv şəkildə inkişaf etdirməyə davam edir və Şərqlə Qərb arasında əsas regional tranzit mərkəzi kimi mövqeyini daha da gücləndirir", - deyə AZAL-ın Baş kommersiya inzibatçısı Cəmil Mənizadə bildirib.

"Bu kod-şerinq tərəfdaşlığı Serbiya ilə Azərbaycan arasında hava əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək, sərnişinlərə daha çox səyahət seçimi və rahat transfer imkanları təqdim edəcək. Şəbəkələrimizi və təcrübəmizi birləşdirərək həm turizm, həm də işgüzar səfərlər üçün yeni imkanlar yaradır, eyni zamanda ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə veririk", - deyə "Air Serbia"nın Kommersiya və strategiya üzrə baş meneceri Boşko Rupiç qeyd edib.

Biletləri yaxın gələcəkdə AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi, həmçinin aviaşirkətin kassaları və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 Ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

"Air Serbia" Serbiyanın milli aviadaşıyıcısıdır və Belqradı Avropa, Aralıq dənizi regionu, Şimali Amerika və Asiya üzrə 100-dən çox istiqamətlə birləşdirir. Nyu-York, Çikaqo, Şanxay və Quanqcou istiqamətlərinə uzunməsafəli reyslərdən sonra aviaşirkət 2026-cı ildə beşinci uzunməsafəli marşrutunu – Toronto istiqamətini istifadəyə verməyə hazırlaşır. Həmin il ərzində marşrut şəbəkəsinə əlavə olaraq Santorini, Bakı, Alikante, Sevilya, Tenerife və Tromso şəhərləri də daxil ediləcək.

Milli aviadaşıyıcı kimi "Air Serbia" Serbiyanın beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır və turizmin, eləcə də milli iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verir. Bu xüsusilə 2027-ci ildə Belqrad şəhərində keçiriləcək "Expo 2027 Belgrade" beynəlxalq sərgisi ərəfəsində daha böyük əhəmiyyət kəsb edir, çünki aviaşirkət tədbirin "Platinum" tərəfdaşıdır. Həmin ildə "Air Serbia" yaranmasının 100 illiyini qeyd edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər