UNESCO-dan bəşəriyyətə ərmağan: Dünya Türk Dili Ailəsi Günü təsis edildi!

UNESCO-dan bəşəriyyətə ərmağan: Dünya Türk Dili Ailəsi Günü təsis edildi!
04.11.2025 16:25 Cəmiyyət

“UNESCO-nun Səmərqənddə keçirilən 43-cü konfransında qəbul edilən Dünya Türk Dilləri Ailəsi Günü türk dünyasını birləşdirən əsas bayramlardan birinə çevriləcək”.

Türk dünyası məsələləri üzrə ekspert İlqar İlkin bunu TodayPress TV-yə açıqlamasında bildirib.


O qeyd edib ki, bu günün qeyd olunması üçün 15 dekabr tarixinin seçilməsi təsadüfi deyil:

“Məhz həmin gün bütün türklərin ilk yazısı və əlifbası olan Orxon–Yenisey əlifbasının şifrəsi açılıb və bu əlifba elmi şəkildə üzə çıxarılıb. Buna görə də günün seçimi simvolik və olduqca önəmlidir.

Bu qərar bütün türk xalqlarına öz qədim yazı mədəniyyətlərinə diqqət yetirmək imkanı yaradır. Orxon–Yenisey əlifbası artıq bəzi universitetlərdə öyrədilir. Növbəti mərhələdə bu mövzuya orta məktəb proqramlarında da ayrıca yer ayrılmalı, Orxon–Yenisey abidələrinin yazıları ayrıca fənn kimi tədris edilməlidir. Çünki bu, bütün türk xalqlarını birləşdirən ortaq yazı mədəniyyətinin əsas göstəricisidir.


Həmçinin türk dilləri BMT-nin altı rəsmi dili sırasına daxil deyil. Çalışmalıyıq ki, türk dilləri BMT-nin rəsmi dilləri arasında yer alsın. Çox vaxt türk dili arxa planda qalır. Biz ortaq türkcəmizi inkişaf etdirib vahid türk dilini formalaşdırmalı, UNESCO-da tanınan bu təşəbbüsü BMT səviyyəsində də rəsmiləşdirməliyik. Bu həm ortaq tariximizin, həm də ortaq kimliyimizin canlandırılması baxımından mühüm addım olacaq”.

İlqar İlkin əlavə edib ki, bu qərar təkcə müstəqil türk dövlətlərini deyil, Rusiya və digər ölkələrdə yaşayan türk mənşəli etnik qrupları da əhatə edir. Onların mədəniyyətinə və problemlərinə beynəlxalq diqqətin artırılması baxımından bu addım xüsusi əhəmiyyət daşıyır.

Ekspert sonda bu günün əsl bayram kimi qeyd olunmalı olduğunu vurğulayıb:

“Dünya Türk Dilləri Ailəsi Günü gələcəkdə türk dünyasını birləşdirən əsas bayramlardan birinə çevriləcək. Bu günü geniş miqyasda, həqiqi bayram ab-havasında və davamlı şəkildə qeyd etmək lazımdır”.


Qeyd edək ki, noyabrın 3-də Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında 15 dekabr tarixinin UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü elan edildiyini açıqlayıb.

Nazir bildirib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qəbul edilən qərar Türkiyənin qardaş türk dövlətləri ilə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüsdür.


“Türk dillərinin tanıdılmasını artıran bu tarixi addım ortaq yaddaşımız olan türk dilinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək. Əməyi keçən hər kəsi təbrik edirəm. 15 dekabr Dünya Türk Dili Ailəsi Günü bütün bəşəriyyətə ərməğan olsun”, – deyə Ersoy qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Bütün Xəbərlər