"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirildi

"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirildi
08.12.2025 16:14 Cəmiyyət

5–7 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin "DIGIAGE" ilə birgə əməkdaşlığı çərçivəsində “DIGIAGE Baku 2025” rəqəmsal oyun düşərgəsi təşkil olunub.

TodayPress TV xəbər verir ki, məqsəd peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyunlar hazırlaması və layihələrini təqdim etmələridir.

Eyni zamanda onların qlobal bazara çıxışla bağlı təcrübə qazanmalarına və yeni startap təşəbbüsləri formalaşdırmalarına dəstək hədəflənib. Bu prosesdə iştirakçılar komanda işi, layihə təqdimatı və marketinq bacarıqlarını inkişaf etdirməklə yanaşı, yaradıcı yanaşmalarını da gücləndirərək yeni oyun konsepsiyaları hazırlayıblar. Həmçinin onlar sektor mütəxəssislərindən şəbəkələşmə və karyera inkişafı üçün faydalı tövsiyələr əldə ediblər.

Düşərgəyə ümumilikdə 28 komanda və 134 fərdi müraciət olmaqla 238 nəfər qatılıb. Seçilmiş 100 iştirakçıya iki həftə ərzində data əsaslı oyun marketinqi və yayım proseslərinə dair iki ayrı təlim keçirilib.

Üç gün davam edən düşərgədə qəbul mərhələlərini tamamlayan iştirakçılar fərdi və ya komanda şəklində iştirak ediblər. Onlara oyun hazırlığında istifadə olunan müasir proqramlar, oyun inkişafının müxtəlif mərhələləri və sektor üzrə karyera imkanları barədə məlumat verilib. Tanınmış şirkət nümayəndələri və oyun dizaynerləri motivasiya xarakterli təcrübələrini bölüşüblər.

Düşərgə müddətində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Bilişim Vadisi”nin baş icraçı direktoru Erkam Tüzgen komanda işlərini izləyərək iştirakçılarla görüşüblər.

Yekunda 19 komanda hazırladıqları oyunları münsiflər heyətinə təqdim ediblər. Potensiallı hesab olunan “Untitle Game Studio”, “Neecro Projects” və “Voyagers” komandaları ilk üçlükdə qərarlaşıblar. “Rital Interactive” isə münsiflərin həvəsləndirici mükafatına layiq görülüb. Qalib komandalarla investisiya görüşləri davam etdiriləcək və onlara mentor dəstəyi veriləcək. Bütün komandalara isə "DIGIAGE" tərəfindən mentorluq dəstəyi davam etdiriləcək.

2023-cü ildən bəri təşkil olunan və bu il üçüncüsü gerçəkləşən düşərgələrə ümumilikdə 500-dən çox müraciət qəbul edilib,  300-dən artıq müraciətçi yarışmada iştirak hüququ qazanıb. Ümumilikdə 60-dan çox komanda düşərgələrdə yer alıb və bir çox komanda investisiya və mentorluq qiymətləndirməsinə cəlb olunub.

Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” ilə “Bilişim Vadisi Bakı” arasında imzalanmış əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilir. Məqsəd texnoloji bacarıqların inkişaf etdirilməsi, təlimlərin təşkili və ölkədə innovativ həllərin tətbiqinə dəstək verməkdir. Həmçinin hakaton və butkamp modeli əsasında birgə layihələrin hazırlanması prioritetdir.

TodayPress TV

FOTOLAR

"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirildi — 1
"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirildi — 2
"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirildi — 3
"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirildi — 4
"ASAN xidmət"in “DIGIAGE BAKU 2025” rəqəmsal oyun düşərgəsi keçirildi — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər