“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi

“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi
10.07.2026 14:10 Cəmiyyət

10 iyul 2026-cı il tarixində “ASAN xidmət”ə 100 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, bu müraciət 7 saylı Bakı “ASAN xidmət" mərkəzinə yeni doğulmuş (10 gün) vətəndaşımız  İnci Kamallının anası Göyçək Kamalzadə tərəfindən edilib. O, övladı üçün Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən 100 milyonuncu müraciətin sahibi kimi Göyçək Kamalzadəyə ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan “ASAN xidmət” artıq fəaliyyətinin 13-cü ilini başa vuraraq 14-cü ilinə qədəm qoyur. Bu müddət ərzində xidmət modeli vətəndaş məmnunluğu, şəffaflıq, operativlik və innovativ yanaşma prinsipləri əsasında fəaliyyət göstərir. 

“ASAN xidmət” mərkəzlərində ümumilikdə 400-yaxın xidmət göstərilir.

Bununla yanaşı, “ASAN xidmət” modeli beynəlxalq səviyyədə də böyük maraq doğurur və bu günədək 35-dən çox ölkəyə ixrac edilərək dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi paylaşılır.

Artıq “ASAN xidmət” mərkəzlərinə 9 milyon 193 mindən çox vətəndaşın 100 milyondan çox müraciəti daxil olub.

TodayPress TV

FOTOLAR

“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi — 1
“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi — 2
“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi — 3
“ASAN xidmət”in 100 milyonuncu müraciəti balaca körpə tərəfindən edildi — 4
XƏBƏR LENTİ
23 IYUL 2026
Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı 15:27 "Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu ilə gücləndirdi 15:27 Tofiq Mirzəyev İsraildə dəfn olundu 15:08 Azərbaycana turist axını 10 %-dən çox azalıb 15:00 ABŞ boğaza kimi borcun içindədir - Vaşinqtonun borclandığı ölkələrin SİYAHISI 14:54 TƏCİLİ - Moskvada təyyarə qəzaya uğradı 14:45 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA 14:40 İraqın Baş naziri Tehrana səfər etdi 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da... 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma 13:12 Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq 12:46 Aralıq dənizi "ortada" qaldı: Türkiyə ilə İsrail arasında sular isinir 12:32 Türkiyədə zəlzələ oldu 12:11 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı 12:08 Peşə üzrə təhsil alanlar yataqxanalara bu qədər ödəniş edəcəklər 12:03 Arxangelsk iflas etdi: Rusiya qazsız və kömürsüz qalan şəhəri itirdi 11:56 Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı 11:51 Bütün Xəbərlər