15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür
12.03.2026 16:43 Cəmiyyət

Bu gün, 12.03.2026-cı il tarixdə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

Qeyd edək ki, 15 mart günü, 1962-ci ildə C. Kennedinin Konqresi açan zaman söylədiyi çağırışla – “Biz istehlakçılarıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir” – gündəmə gəlib.

1997-ci ildən başlayaraq "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) 15 mart – beynəlxalq istehlakçı gününü şəhərin mərkəzində yerləşən küçələrdə maarifçilik şüarları ilə küçə nümayişləri etməklə başlamış, 1998-ci ildən AİİB beynəlxalq istehlakçı təşkilatı – CONSUMER INTERNATIONAL-a üzvlüyə qəbul edilib.

Çox uğurlu haldır ki, 15 mart günü artıq dövlət orqanları səviyyəsində qeyd olunur. Bu günkü tədbirin çağırışı – “Müasir Rəqəmsal Dünyada İstehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusuna həsr olunub. Tədbirin gündəliyi son dərəcə aktual bir məsələyə həsr olunub. Tədbirdə məruzə və təqdimatlar dinlənilib.

Məruzələr tədbirin çağırışına uyğun olaraq istehlakçı hüquqlarının qorunması baxımından ən müasir problemlərə həsr olunub.

Məruzələr arasında ən diqqət çəkən məqam Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevin çıxışı xüsusilə qeyd edilməlidir. Məruzəçi müasir şəraitdə istehlakçı hüquqlarının ən çox pozulduğu məsələləri qeyd etməklə bərabər, təmsil etdiyi qurumun bu sahədə gördüyü işlərdən bəhs edərək, müasir texnologiyaların cinayətkar şəxslərin əlində vasitəyə çevrildiyini, bu hallarla mübarizənin effektiv üsulları barədə geniş məlumat verdi.

Təqdimatlarda Gülnar Hüseyn, Ramil Əşrəfov, Yusif Tapdıqlı-nın verdiyi məlumatlar istehlakçı maarifçiliyi, müasir rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə istehlakçı davranışı baxımından yüksək qiymətləndirilə bilər.

AİİB-in sədri: Eyyub Hüseynov

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər