XTQ-də çoxmillətli təliminin planlaşdırma konfransı keçirildi

XTQ-də çoxmillətli təliminin planlaşdırma konfransı keçirildi
11.06.2025 09:29

Cari ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib. 

TodayPress TV xəbər verir ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar.

Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub. 

Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib.

Konfransda, həmçinin hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.

“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədini daşıyır.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Bütün Xəbərlər