“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olundu

“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olundu
09.09.2025 18:30

Respublikamızda keçirilən “Sonsuz Qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin iştirakçıları üçün teatrlaşdırılmış bədii-kütləvi proqram təqdim olunub. 

TodayPress TV xəbər verir ki “Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlanan bədii proqramda vizual görüntülərin müşayiəti ilə Azərbaycanın çoxəsrlik tarixini, mədəniyyət və incəsənətini özündə yaşadan memarlıq abidələrimiz, Vətənimizin füsunkar gözəllikləri, adət-ənənələri, birləşmiş rəqs kollektivlərinin təqdim etdikləri etnoqrafik lövhələr, milli rəqslər, folklor nümunələri qonaqların böyük marağına səbəb olub. 

Proqramda Azərbaycanla yanaşı, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xalqlarının mahnı və rəqsləri də Azərbaycan sənət ustalarının ifasında alqışlarla qarşılanıb. 

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, Əməkdar artist Cahangir Qurbanovun, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Vüsalə Babayevanın, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na düşmüş Prezident mükafatçısı və təqaüdçüsü Yasin Həsənovun, Yeganə Dünyamalıyevanın və “Səma” rəqs kollektivinin çıxışları bədii proqrama xüsusi rəng qatıb. 

Tədbir iştirakçıları Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin ssenarisi və quruluşu əsasında hazırlanan bədii-kütləvi proqramın təlimlər ərəfəsində onlara xüsusi zövq, ruh və güc verdiyini xüsusilə qeyd ediblər.

TodayPress TV

FOTOLAR

“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olundu — 1
“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olundu — 2
“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olundu — 3
“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olundu — 4
“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olundu — 5
“Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olundu — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Bütün Xəbərlər