Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI

Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI
13.08.2025 14:00 Hərbi

“Hazırda Azərbaycan-Rusiya və Azərbaycan-Ukrayna münasibətləri fonunda Ukraynaya hər hansı silah satışı məsələsi gündəmdə deyil”.

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunu TodayPress TV-yə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna hərbi attaşe səviyyəsində qarşılıqlı təmsil olunur. Bu isə hər iki ölkə arasında yalnız siyasi, iqtisadi və mədəni deyil, həm də hərbi-texniki sahədə mütəmadi dialoqun mövcud olduğunu göstərir.

Polkovnik vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycana gələrək hərbi təcrübəmizi öyrəniblər:

“Onlar qələbənin hansı imkanlar və güclər sayəsində əldə olunduğunu araşdırıblar. Bu, müsbət haldır, çünki Ukrayna 2014-cü ildən Krımı itirib və onu geri qaytarmaq üçün müxtəlif yollar axtarır. Bu, Ukraynanın haqqıdır. Azərbaycan isə həmişə Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib və zəruri humanitar yardımı göstərməkdə davam edir. Son günlərdə Ukraynanın ən çox ehtiyac duyduğu elektrik avadanlıqlarının alınması üçün əlavə 2 milyon ABŞ dolları ayrılıb”.

Hazırda Ukraynanın aldığı silah-sursat əsasən Qərb istehsalıdır. Əgər söhbət ən müasir tanklardan, “F-16” qırıcılarından və ya “Patriot” sistemlərindən gedirsə, bu texnikalar Azərbaycanda yoxdur. Ukraynanın Azərbaycandan hansı silah-sursatı ala biləcəyi isə ayrıca maraq doğurur. Azərbaycan hərbi sənayesinin nailiyyətlərindən ukraynalılar həmişə yararlanıb, öyrənib və tətbiq ediblər. Son illərdə Ukraynada da hərbi sənaye sürətlə inkişaf edir. Bu baxımdan Azərbaycan gələcəkdə də bütün sahələrdə Ukrayna ilə əməkdaşlığı davam etdirəcək”.

Ekspert, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığına da diqqət yetirib. Belə ki, Vaşinqtondan qayıtdıqdan sonra ölkə başçısının ilk telefon danışıqlarından biri Ukrayna lideri ilə olub:

“Tərəflər bütün istiqamətlər üzrə məsələləri müzakirə ediblər. Bu, çox önəmlidir, çünki işğala məruz qalmış ölkə kimi Azərbaycan Ukraynaya tövsiyə edib ki, işğal faktı ilə barışmasın və sona qədər mübarizə aparsın. Əgər Ukraynanın silaha ehtiyacı olarsa, Azərbaycan onlara müəyyən dəstəyi göstərməyə hər zaman hazırdır”, - deyə o fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, avqustun 10-da Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında telefon danışığı olub. Görüşdə Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna zərbələr endirməsi, həmçinin Odessada SOCAR-ın neft bazasına hücum məsələsi müzakirə edilib.

Ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərini qəti şəkildə pisləyiblər. “Caliber”in mənbələrindən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxmağa başlaya bilər.

Qiymət Mahir

FOTOLAR

Azərbaycan Ukraynaya silah tədarük edəcək? - Polkovnik DETALLARI AÇDI — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 Bütün Xəbərlər