Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi
05.09.2025 10:28

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə Bakı şəhərinin bir sıra təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə görüş keçirilib.

TodayPress TV  xəbər verir ki, ənənəvi görüşdə 2025-2026-cı tədris ili üzrə planlar, hədəflər, fəaliyyət istiqaməti və digər məsələlər müzakirə olunub.

Açılış nitqi ilə çıxış edən Xidmətin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi polkovnik Azər Babayev yeni tədris ilində çağırışaqədərki hazırlıq fənninin prioritetləri, qanunvericilikdə olan dəyişikliklər, ilkin hərbi qeydiyyat, bir sıra xidmətlərin elektronlaşması və digər mühüm məsələlər haqqında danışıb.

“Çağırışaqədərki hazırlıq” dərsliklərinin müəllifi Qılman Eyvazov çıxış edərək tədris planlaması, metodik vəsaitlər, fənnin əhəmiyyəti, şagirdlərin həvəsləndirilməsi, hərbi-idman və hərbi-bilik yarışlarının təşkili barədə danışıb.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclərin vətənpərvərliyindən, maarifləndirmənin əhəmiyyətindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının artırılması barədə geniş məlumat verib. 

Daha sonra Xidmətin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov xaricdə təhsil, təhsilə görə verilən möhlət, xidmətlərin rəqəmsallaşması, “mygov” platforması üzərindən göstərilən xidmətlər haqqında danışıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, 2025-2026-cı tədris ilinin başlanmasına qədər digər rayonlardan olan təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə də analoji görüşlər keçiriləcək.

TodayPress TV

FOTOLAR

Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi — 1
Dövlət Xidməti müəllimlər üçün tədbir keçirdi — 2
XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər