Azərbaycan və Türkiyə MMU birgə hərb oyunu keçirdi

Azərbaycan və Türkiyə MMU birgə hərb oyunu keçirdi
21.06.2025 14:43

İstanbul şəhərində Azərbaycan və Türkiyə Milli Müdafiə universitetlərinin (MMU) akademiya pilləsində təhsil alan zabitlərin iştirakı ilə birgə hərb oyunu keçirilib. 

TodayPress TV xəbər verir ki, Azərbaycan tərəfdən təlimdə Hərbi İdarəetmə İnstitutunun Əməliyyat-taktiki fakültəsinin bir qrup zabiti və müəllim-professor heyəti iştirak edib. 

Təlimin məqsədi birgə əməliyyatlar zamanı zabitlərin müvafiq vəzifələrdə qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, müasir silah sistemlərinin hərbi əməliyyatlarda tətbiqinin və onlarla mübarizə üsullarının planlaşdırılması, habelə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. 

Birgə hərb oyununun “Yüksək Müşahidəçi Günü”ndə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, 1-ci Ordu komandiri ordu generalı Metin Tokel, MMU-nun rektoru professor Erhan Afyoncu, Azərbaycan tərəfdən Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli və digər vəzifəli şəxlər iştirak ediblər. 

Təlimin nəticələri, o cümlədən iştirakçıların birgə fəaliyyətləri qiymətləndiricilər qrupu və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

FOTOLAR

Azərbaycan və Türkiyə MMU birgə hərb oyunu keçirdi — 1
Azərbaycan və Türkiyə MMU birgə hərb oyunu keçirdi — 2
XƏBƏR LENTİ
15 IYUN 2026
Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 Bütün Xəbərlər