Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü

Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü
02.07.2026 16:15

Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonaqları salamlayan general-mayor G.Əbdülov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı inam, etimad və dostluq münasibətlərinə əsaslandığını qeyd edib. O, Azərbaycanda hərbi təhsil sistemində həyata keçirilən islahatlar və onun müsbət nəticələrindən danışıb, beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

General-leytenant B.Aktaş səmimi münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, uzun müddətdən sonra ölkəmizdə səfərdə olmaqdan məmnunluğunu ifadə edib, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Ordusunun keçdiyi uğurlu inkişaf yolunun digər ölkələr üçün əsl nümunə olduğunu qeyd edən Türkiyə MMU-nun rektor müavini əməkdaşlığımızın bundan sonra da bir millət, iki dövlət devizi altında davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, peşəkar kadr heyətinin hazırlanması, eləcə də təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin vacibliyi diqqətə çatdırılıb, maraq doğuran bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

General-leytenant B.Aktaş xatirə kitabına ürək sözlərini yazdıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

TodayPress TV

FOTOLAR

Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü — 1
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü — 2
XƏBƏR LENTİ
02 IYUL 2026
Amerika ilə haqq-hesab bitdi - İran kürdlərin boğazına çökdü 16:55 Pakistan borc batağında üzən ərəb ölkəsi ilə yollarını ayırdı 16:45 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah geomaqnit qasırğası olacaq 16:43 Seboreik dermatit: Əlamətlər hansılardır və necə nəzarətdə saxlamaq olar? 15:22 Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN 16:23 Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşdü 16:15 "Qəbələ" Səlahət Ağayevlə müqavilənin müddətini uzatdı 16:09 Qazaxıstanda SSRİ dövrü bitdi - Ölkə faktiki müstəqil oldu 15:32 NATO Rusiyanın "dərdindən" gecələr yata bilmir 15:30 Türkiyədə güclü zəlzələ oldu 15:26 Baş beyin şişi: Əlamətlər hansılardır və müalicə şansları nə qədərdir? 15:14 SOCAR hansı ölkələrdə nə qədər qazanır? 15:09 İran Hörmüzdən keçən tankerlərə xəbərdarlıq etdi 15:05 İdman jurnalistlərinin rəngarəng həyatı: Həftənin 7 günü, günün 24 saatı iş... 14:52 "Tottenhem" Mateuş Fernandeşi heyətinə qatdı 14:36 Ərdoğanla foto Avropa İttifaqının qadın rəhbərini siyasətdən silir 14:30 Deniz Göktaş hava limanında saxlanıldı 14:19 Alen Simonyan deputat mandatından imtina etdi 14:02 Putin türk dövlətinin ətəyindən yapışdı - Moskva çıxış yolu axtarır 14:02 Rusiya Avropadakı bütün nüvə obyektlərini hədəfə aldı - Uzunmənzilli raketlər əmrə hazır 13:58 Paşinyan: "Azərbaycan və Türkiyə ilə elektrik xətləri çəkəcəyik" 13:51 Netanyahudan SENSASİYA: İsrail bundan imtina edə bilər 13:43 100 il sonra azərbaycanlılar İraqda hakimiyyətdə 13:32 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi 13:23 Rusiya Ukraynanın strateji raket zavodunu vurdu 13:11 Bütün Xəbərlər