Ankarada "Qafqaz Qartalı – 2025" təlimi keçirildi

Ankarada "Qafqaz Qartalı – 2025" təlimi keçirildi
28.11.2025 11:50

Təsdiq olunmuş illik əməkdaşlıq planına əsasən, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Ankara şəhərində “Qafqaz Qartalı – 2025” birgə taktiki-xüsusi təlimi yüksək peşəkarlıqla icra edilib.  

TodayPress TV xəbər verir ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç qardaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədi daşıyan təlim, iştirakçı bölmələrin qarşılıqlı əlaqə, çevik reaksiya, koordinasiya və döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Təlimin Yüksək Səviyyəli Müşahidəçi Günü çərçivəsində Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov, eləcə də digər ölkələrin yüksək rütbəli zabitləri prosesləri yerində izləyiblər. Komandanlara təlimin mərhələləri, qarşıya qoyulan tapşırıqlar və əldə olunan nəticələr barədə ətraflı məruzələr təqdim olunub.

Təlim zamanı xüsusi təyinatlılar müxtəlif epizodlar üzrə raket-artilleriya və aviasiya bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqları yüksək hazırlıq və taktiki çeviklik nümayiş etdirərək uğurla yerinə yetiriblər.

Təlimdə fərqlənən bir qrup hərbi qulluqçu xidməti vəzifələrinin icrasında göstərdiyi nümunəvi intizam və peşəkarlığa görə müvafiq mükafatlarla təltif edilib.

TodayPress TV

FOTOLAR

Ankarada "Qafqaz Qartalı – 2025" təlimi keçirildi — 1
Ankarada "Qafqaz Qartalı – 2025" təlimi keçirildi — 2
Ankarada "Qafqaz Qartalı – 2025" təlimi keçirildi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər