Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı

Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı
18.08.2026 14:00

Azərbaycan Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib. Bəyanatda bu kimi halların sivil jurnalistika prinsiplərinə, etik normalara və ikitərəfli dostluq münasibətlərinin ruhuna tamamilə zidd olduğu, hətta Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində dəstəklənməsi təəssüratı yaratdığı vurğulanıb.

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev Rusiya mediasında Azərbaycan əleyhinə aparılan qərəzli kampaniyanı kəskin pisləyib və bunun arxasında müəyyən dairələrin məkrli maraqlarının dayandığını bildirib.


O, Rusiya informasiya vasitələrinin Azərbaycan haqqında reallığı əks etdirməyən məlumatlar yaymasının artıq xroniki xarakter aldığını vurğulayıb:

"Rusiya informasiya vasitələrinin Azərbaycan haqqında reallıqları əks etdirməyən məlumatları daimi xarakter daşıyır və çox təəssüf ki, bu, iki ölkə arasındakı münasibətlərin bilavasitə pisləşməsinə xidmət edir. Zatulin kimi, Solovyov kimi millətçi jurnalistlərin qeyri-obyektiv çıxışları, eləcə də Rusiya Dumasında olan bəzi deputatların səsləndirdikləri fikirlər heç də dövlətlərin mənafeyinə hesablanmayıb. Əksinə, bunlar münasibətlərə kölgə salır, faktlar şişirdilir, bayağı ifadələr işlədilir və bu, xalqlar arasında müəyyən anlaşılmazlıqlara səbəb olur. Sözsüz ki, bunun da mayasında bir məkrilik var, xoş niyyət yoxdur və bu, müəyyən dairələrin təhriki, onların tapşırıqları sayəsində həyata keçirilir"

Deputat rəsmi Bakının bütün təxribatlara və tarixi bəd əməllərə baxmayaraq, həmişə təmkinli və konstruktiv mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb:

"Azərbaycan dövləti, Azərbaycan Prezidenti daim Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına səy göstərib. Ortada soyuqluqların olmasına, Rusiyanın qərəzli mövqeyinə baxmayaraq, Azərbaycan orada – Rusiyada yaşayan soydaşlarımızın həyatı və yaşayışı mövqeyindən çıxış edərək Rusiya ilə əlaqələri möhkəmləndirmək niyyətindədir və bu məqsədlə də lazım olan vəzifələr yerinə yetirilir. AZAL-ın təyyarəsinin Rusiya səmasında vurulması, soydaşlarımıza qarşı orada çox çirkin, məkrli niyyətlərin həyata keçirilməsi, onların incidilməsi və digər xoşagəlməz hallar zəminində belə, bu gün də Azərbaycan Rusiya ilə əlaqələri möhkəmləndirmək istiqamətində işlər aparır".

Millət vəkili Rusiya informasiya şəbəkələrinin atdığı bu addımların beynəlxalq hüquq normalarına sığmadığını və sifarişli xarakter daşıdığını qeyd edib.

"Ancaq çox təəssüf ki, Rusiyanın bir çox informasiya şəbəkələri yenə də özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün ən xoşagəlməz əməllərə əl atırlar, şoular yaradırlar, əsası olmayan fikirlər səsləndirirlər, bilavasitə millətlər arasında ziddiyyətlərin yaranmasına, qarşıdurmalara səbəb olmağa çalışırlar. Əlbəttə ki, bu, qəbuledilməzdir. Bu, dövlətlərin müstəqilliyinə, suverenliyinə ziddir, beynəlxalq hüquq normalarına uyğun deyil və bilavasitə xalqlara hörmətsizlikdir. Azərbaycan tərəfi bundan narahatdır. Narahatlığını ifadə etsə də, ortada real fakt, əsas yoxdursa, bu, Azərbaycan dövlətinin imicinə heç bir ziyan vura bilməz. Çünki bu adamlar öyrədilib, bu adamlar pulla ələ alınıb, bu adamların məqsədi özlərini bilavasitə reklam etmək, kiməsə yarınmaqdır və bu da jurnalistikada bir ləkədir", - deyə Tahir Rzayev fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Rusiya mediasında Azərbaycana qarşı kampaniyanın arxasında KİMLƏR DAYANIR? Deputat açıqladı — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Bütün Xəbərlər