YAXIN ŞƏRQDƏ BOĞAZLAR MÜHARİBƏSİ– "Hörmüz"dən sonra "Bab əl-Məndəb" qapandı!

YAXIN ŞƏRQDƏ BOĞAZLAR MÜHARİBƏSİ– "Hörmüz"dən sonra "Bab əl-Məndəb" qapandı!
21.07.2026 11:24

Yaxın Şərqdə 4 illik atəşkəs rəsmən bitib və geosiyasi gərginlik pik həddə çatıb.

Husi hərbi qruplaşmasının sözçüsü Səudiyyə Ərəbistanına qarşı dərhal qüvvəyə minən dəniz embarqosu və blokadası elan edildiyini bəyan edib. 

Gərginliyin yeni dalğası Səna Beynəlxalq Hava Limanına – İran təyyarəsinin enişini əngəlləmək məqsədilə – edilən hücumdan sonra başlayıb. Cavab olaraq husilər Səudiyyə Ərəbistanının Abha Hava Limanına ballistik raketlər atıblar.

"Reuters" agentliyinin məlumatına görə, Tehran husilərdən Qırmızı dəniz üzərindən keçən neft marşrutunu bloklamağa hazırlaşmağı tələb edib.

Qərarın zamanlaması son dərəcə strateji hesab olunur. Hörmüz boğazında təhlükəsizliyin pozulmasından sonra Qərb ölkələri və Vaşinqton alternativ marşrutlara – Səudiyyə Ərəbistanının Qırmızı dənizdə yerləşən Yenbu limanında başa çatan "Şərq-Qərb" boru kəmərinə bel bağlayırdı. ABŞ Prezidenti Donald Tramp Hörmüzü yan keçə biləcəyinə inanırdı. Lakin Yenbudan çıxan tankerlər tam olaraq husilərin nəzarət etdiyi Bab əl - Məndəb boğazından keçməlidir.

Qərb Hörmüzə alternativ axtararkən Tehran "arxa qapını" bağlayır.

İki kritik boğaz eyni mərkəzdən hədəf alınır. İran Səudiyyə Ərəbistanı ilə birbaşa müharibə aparmasa da, Qərbin bütün çıxış yollarını bloklamağa çalışır.

Jalə Rövşən 

XƏBƏR LENTİ
21 IYUL 2026
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı 17:26 Sabah çimərlikdə hava necə olacaq? 17:13 İranda qadınlara motosiklet sürməyə icazə verildi 17:03 Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir? 16:48 Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ 15:49 Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür? 16:42 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Hikmət Hacıyev Tural Sadıqlını biabır etdi : Vətənə xəyanət edən insanlara yazığım gəlir - VİDEO 16:31 Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General 16:23 İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət etdi 16:21 Merts: Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir 16:18 Özgür Özəl CHP-dən getdi, yeni partiya qurur 16:14 Prezident mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxundu 16:09 Trampdan sonra TRIPP-in taleyi necə olacaq? - AÇIQLAMA 16:02 Almaniya - Rusiya cəbhəsində sürpriz güc: Berlin Bakıdan dəstək alacaq 15:52 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu 15:47 Bu qədər savaş, itki və ... — İran niyə həll yolunu ancaq gücdə görür? — AÇIQLAMA 15:40 TƏBİB təcili tibbi yardımda yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayır 15:34 Yeni deportasiya əsasları təsdiqləndi: Əmrə tabe olmayan miqrantlar... 15:12 Klinika rəhbəri “Baku TV” əməkdaşlarına hücum etdi - VİDEO 15:06 İsraildə qondarma "erməni soyqırımı" mərəzi yenidən baş qaldırsa, Azərbaycan nə edəcək? 15:03 İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirildi - YENİLƏNDİ 14:27 “İmişli” “Qarabağ”ı darmadağın etdi 15:00 Kəlbəcərdə mina hadisəsi baş verdi 14:53 İranın gizli ordusu: Azərbaycanı işğal edir? - Araşdırma 14:32 Bütün Xəbərlər