"Venesuela ssenarisi cəfəngiyyatdır!" - Ukrayna bölüşdürüldü: Gizli "Centlmen sazişi"...

"Venesuela ssenarisi cəfəngiyyatdır!" - Ukrayna bölüşdürüldü: Gizli "Centlmen sazişi"...
05.01.2026 14:09

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ Ukraynada Venesuelada tətbiq etdiyi ssenarini təkrarlaya bilər. Onun sözlərinə görə, Ukrayna məsələsində Vaşinqtonun belə addımlar atması üçün daha çox əsas mövcuddur. Medvedev bunu Ukraynanın ABŞ Prezidenti Donald Trampla mümkün razılaşmanı rədd etməsi ehtimalını şərh edərkən deyib.


Maraqlıdır, ABŞ-nin  Ukraynada Venesuela ssenarisini təkrarlaması realdırmı və bu, beynəlxalq hüquq  baxımından hansı nəticələrə gətirib çıxara bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ-nin Ukraynada hərəkətləri Venesuela modelindən fərqlidir: 


"Amerikanın Ukraynada Venesuela ssenarisini təkrarlaması qeyri-mümkündür. Bunun bir neçə səbəbi var. İlk növbədə, bu iki ölkə arasında böyük fərqlər mövcuddur. Ukrayna müharibənin alovuna qərq olunmuş ölkədir və Amerikanın orada diplomatiyası demək olar ki, heç bir nəticə verə bilməyib. Tramp nə qədər “sülh” çağırışı etsə də, buna nail ola bilmədi və bu prosesdə başa düşdü ki, Rusiya onun dediklərinə əməl etməyəcək, Ukrayna isə belə bir iqtidarda deyil ki, onun istədiyi nəticəni əldə edə bilsin".

Analitik qeyd edib ki, ABŞ  qitəsində üstünlük saxlayır:

"Fərqlər nədən ibarətdir? Birincisi, ABŞ Ceyms Monro doktrinasına əsaslanır. 1823-cü ildə prezident Ceyms Monro avropalılara müraciət edərək demişdi: “Siz öz qitənizdə prosesləri həll edin, mənim işimə müdaxilə etməyin, mən isə Amerika qitəsində – şimalda da, cənubda da – kimlə nə edəcəyimi özüm bilərəm"". 

Onun sözlərinə görə, indi yeni dünya nizamı formalaşır və Vaşinqton çalışır ki, Qərb yarımkürəsində öz hökmranlığını gücləndirsin. Təsadüfi deyil ki, Tramp Kubanı, sonra Kolumbiyanı və digər sosialist yönümlü ölkələri xəbərdar edir ki, hazırlaşın, sizin də evinizə biz gələ bilərik.

Politoloq vurğulayıb ki, Ukraynada  tam fərqli ssenari işlənir: 

"Rusiya, baxmayaraq ki, Alyaskada Trampla Putinin görüşü baş tutdu, heç vaxt Amerikanın dediklərinə əməl etməyəcək və öz istəyinə nail olacaq. Arada qalan, ən ağır şəraitdə yaşayan Ukrayna xalqıdır ki, onların əzab və çətinliklərindən digər böyük dövlətlər öz maraqlarını Şərqi Avropada genişləndirmək üçün istifadə edirlər. Zelenski burada ciddi səhvlərə yol verir".


Ekspertin fikrincə, Tramp Ukraynaya dəstəyi yalnız ödənişlə şərtləndirir:

"Avropa ona heç vaxt Ukraynada özünü təminatlı hiss etməsi üçün lazım olan imkanları verməyəcək. Tramp bunu yaxşı başa düşür və ona görə öz mövqeyini kənara çəkərək deyir ki, “Əgər Avropa Ukraynaya dəstək vermək istəyirsə, öz resurslarından ayırsın. Məndən silah istəyirsə, onu satacağam, alıcılıq qabiliyyətin varsa, gəl al"".

Onun sözlərinə görə, Tramp Venesuelaya müdaxilə etməklə enerji resursları uğrunda gedən amansız müharibədə öz mövqeyini möhkəmləndirdi. ABŞ bu ölkəyə böyük investisiya qoyan Rusiyanın və Çinin təsirini aradan qaldırmaq istəyir və Venesuelanı öz təsir dairəsində saxlamaq niyyətindədir.

T.Abbasov bildirib ki, Medvedevin iddiaları əsassızdır: 

"Rusiya istədiyinə nail olacaq və Zelenskinin səhvləri onun ərazi itkilərini qaçılmaz edəcək. Hazırda Moskva ilə Vaşinqton arasında centlmenləşmiş danışıqlar aparılır: “Mən sənə mane olmuram, sən də mənə mane olmursan.” Alyaskadakı danışıqlar da bu zəmində baş tutub".

Politoloq sonda qeyd edib ki, ABŞ Amerikanı və yaxın bölgələri nəzarətində saxlayır: 

"Amerika eyni zamanda İran və Yaxın Şərqdə təsir imkanlarını məhdudlaşdıracaq. ABŞ yaxın gələcəkdə Cənubi və Şimali Amerikada, eləcə də Qrenlandiya və Kanadada bütün imkanları öz nəzarətinə götürməyi planlaşdırır. Medvedevin iddiaları isə, bir daha qeyd edək, cəfəngiyyatdan başqa bir şey deyil və onun heç bir əsası yoxdur". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər