Ukrayna üçün ÇƏTİN DEKABR: Görüşlər intensivləşir!

Ukrayna üçün ÇƏTİN DEKABR: Görüşlər intensivləşir!
25.11.2025 17:44

KİV-də yayımlanan məlumatlara görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri 3-5 dekabr tarixlərinə planlaşdırılıb. Həmçinin ABŞ ordusunun katibi Den Driskol 4-5 dekabr tarixlərində Rusiyaya səfər etməyi planlaşdırır.


4 dekabrdan sonra ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin də səfəri nəzərdə tutulub. Bu iki səfərin vaxtı Vaşinqtonda Ukrayna tərəfi ilə danışıqlardan asılıdır. Lakin məlumata görə, ikisi də 10 dekabrdan əvvəl baş tutacaq.


Maraqlıdır, son zamanlarda təmasların bu qədər intensivləşməsinin səbəbi nədir? Digər məsələ - böyük ehtimalla, Zelenskinin səfəri çərçivəsində əsas müzakirə mövzusu 28 maddədən ibarət sülh sənədi olacaq. Bəs bu müzakirə Ukrayna üçün necə nəticələnəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə bildirib ki, Zelenskinin ABŞ-yə planlaşdırılan səfəri və ABŞ ordusunun katibi Den Driskolun, eləcə də digər yüksək vəzifəli şəxslərin Rusiyaya səfəri Ukrayna münaqişəsinin yeni diplomatik mərhələyə qədəm qoyduğunu göstərir:


“Səfərlərin eyni vaxtda və intensiv şəkildə baş verməsi yalnız müharibə gedişatını deyil, həm də ABŞ və müttəfiqlərinin bu məsələyə dair strateji mövqelərini yenidən qiymətləndirməyə başlamalarının təzahürüdür. Şübhəsiz ki, Zelenskinin səfərində bir nömrəli gündəm mövzusu xeyli müzakirələrə səbəb olan “sülh sənədi” olacaq. Zelenskinin də dediyi kimi, Ukraynaya olduqca böyük təzyiqlər var və odur ki, səfər zamanı Ukraynanın maraqlarına cavab verməyən sənədin ciddi şəkildə müzakirəsi qaçılmazdır. İlkin danışıqlar, o cümlədən də Avropa İttifaqı liderlərinin mövqeləri ABŞ administrasiyasını artıq ilkin şərtlərindən bir qisminə imtinaya məcbur edib. Lakin bütün bunlara baxmayaraq, yekun sənədin Ukraynanın xeyrinə olub-olmayacağı hələ də sual altındadır”. 

Ekspertin qənaətincə, Zelenskinin ABŞ səfəri və bu səfərlə əlaqəli danışıqlar Ukrayna üçün böyük əhəmiyyət kəsb edir:


"Bu danışıqların intensivləşməsi müharibənin sona çatması və Ukraynanın gələcəyi ilə bağlı mühüm addımların atılacağına işarə edir. Lakin hər şey ABŞ-nin mövqeyindən, müttəfiqlərin Ukraynanın maraqlarını necə müdafiə etməsindən və Rusiyanın bu prosesə necə yanaşmasından asılı olacaq.

Sülh sənədinin və aparılan müzakirələrin Ukraynanın xeyrinə nəticələnməsinə gəldikdə isə, bu həm ABŞ-nin, həm də Qərb müttəfiqlərinin dəstəyinin nə dərəcədə davam etməsi ilə bağlıdır. Odur ki, ABŞ və NATO-nun strateji mövqeyi bu danışıqların nəticələrini müəyyən edən əsas amil olacaq. Ümumiyyətlə, Zelenskinin gözlənilən səfəri və Trampla aparılan danışıqlar Ukraynanın gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Bütün Xəbərlər