Trampdan Meksikaya hərbi mesaj: Quru əməliyyatları başlayır?

Trampdan Meksikaya hərbi mesaj: Quru əməliyyatları başlayır?
09.01.2026 16:39

ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərinə qarşı tezliklə hərbi əməliyyat planlaşdırdıqlarını açıqlayıb. Bu bəyanat, ABŞ-Meksika münasibətləri və regional təhlükəsizlik baxımından narahatlıq yaradır.

İndi sual yaranır: Meksika Venesuela kimi ABŞ-nin nəzarətinə keçə bilərmi və ya ölkədə oxşar siyasi-iqtisadi ssenari baş verə bilərmi?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ maraq dairəsindəki bəzi ölkələri əsas hədəf hesab edir:


"Ağ Evdən verilən açıqlamalarda, xüsusilə Prezident Donald Trampın son bəyanatlarında belə bir xətt açıq şəkildə müşahidə olunur ki, dünyanın bəzi ölkələri, xüsusilə ABŞ-nin  maraqları üçün cəlbedici olan ölkələr, hazırda Amerika Birləşmiş Ştatlarının əsas hədəfinə çevrilmiş kimi görünür".

Onun sözlərinə görə, burada maraqlı olan məqam ondan ibarətdir ki, Ağ Ev yaxın vaxtlarda Qrenlandiyanı ələ keçirəcəyini açıq şəkildə bəyan edib. Buna qədər isə Venesuela, Prezident Donald Trampın da dediyi kimi, ABŞ-nin tam nəzarətinə keçib. İndi isə Ağ Ev ABŞ üçün ön planda olan növbəti hədəfi müəyyənləşdirməkdədir.

Analitik qeyd edib ki, Tramp Meksikaya qarşı hərbi addımlar atıla biləcəyini bildirib:

"Belə anlaşılır ki, növbəti hədəf kimi Meksika ön plana keçə bilər. Prezident Tramp artıq bir neçə dəfə bildirib ki, Meksikanın qadın prezidenti ölkəsini idarə etməkdə çətinlik çəkir və bu ölkəni narkokartellər idarə edir. Ona görə də Meksika ilə bağlı müəyyən addımların atılması lazım gəlir. Yəni, Prezident Tramp bununla açıq şəkildə mesaj verir ki, yaxın vaxtlarda Meksika ilə bağlı hərbi əməliyyatlar baş verə bilər və son açıqlamada da quru əməliyyatlarının yaxın vaxtlarda reallaşa biləcəyini bildirib".

"Bu da onu göstərir ki, hazırda Meksika əsas hədəflər sırasında önə keçməyə başlayıb. Ağ Ev Meksikadan ciddi narazıdır. Hesab edirlər ki, ABŞ ərazisinə daxil olan narkotik maddələrin böyük hissəsi məhz Meksika üzərindən gəlir. ABŞ Meksikanı nəzarət altına almaqla ölkə əhalisini narkotik trafikindən qorumağa çalışır",- E.Xalidbəyli qeyd edib.

Politoloq  sonda əlavə edib ki, ABŞ Meksikada narkotik və miqrasiya ilə bağlı nəzarəti gücləndirməyi planlaşdırır: 


"Eyni zamanda, burada siyasi-iqtisadi maraqlar da mövcuddur. ABŞ Meksika sərhədinin tez-tez pozulmasından və böyük miqrant kütləsinin ölkəyə daxil olmasından narazıdır. Bütün bu faktorları nəzərə alaraq, ABŞ-nin  Meksika ilə bağlı planları bir sıra problemləri həll etməyə yönəlib. Belə anlaşılır ki, yaxın vaxtlarda ABŞ Meksikada quru əməliyyatları keçirərək ölkəni nəzarət altına almağa çalışacaq və həm narkotik, həm də kütləvi miqrasiya probleminin qarşısını almağa cəhd göstərəcək".  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 Bütün Xəbərlər