Tramp Stubbla ANLAŞDI — Arktika uğrunda yeni həmlə!

Tramp Stubbla ANLAŞDI — Arktika uğrunda yeni həmlə!
14.10.2025 15:02

ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Finlandiya lideri Aleksandr Stubb ilə Ağ Evdə keçirdiyi görüşdə bu ölkədən buzqıran gəmilərin alınması barədə razılıq əldə edib. 


Razılaşmaya əsasən, ABŞ Finlandiyadan 4 buzqıran gəmi alacaq.

Bundan başqa, Finlandiya ABŞ-yə 7 buzqıran gəminin tikintisində dəstək verəcək, texnologiyalarını Pentaqonla bölüşəcək. Həmin bızqıran gəmilər ABŞ tərsanələrində qurulacaq. Ekspertlərin fikrincə, bu addım ABŞ-nin Arktika regionundakı strateji maraqları ilə əlaqəlidir, çünki Rusiya və Çin burada həm iqtisadi, həm də hərbi fəallıqlarını artırıblar.


Arktika uğrunda yeni mərhələ

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov son dövrlər Arktika uğrunda mübarizənin daha intensiv və gərgin xarakter aldığının müşahidə olunduğunu bildirib:


"Bu, təsadüfi deyil. Bölgə əlverişli nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, zəngin təbii resurslara malik olması, həmçinin müdafiə və təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb etməsi ilə diqqət mərkəzinə çevrilib. Xüsusən də Arktikada böyük həcmdə neft və qaz yataqlarının, həmçinin müxtəlif mineralların kəşfi Rusiyanı, Çini və ABŞ-ni barışmaz rəqiblərə çevirib. Hazırda Arktikada təxminən 90 milyard barel neft, yəni dünya neft ehtiyatlarının 13–15 faizi, eləcə də qlobal qaz ehtiyatlarının 30 faizi yerləşir. Bu resurslara nəzarət həmin dövlətin beynəlxalq iqtisadi və siyasi gücünü əhəmiyyətli dərəcədə artırmaq deməkdir.


Xüsusilə iqtisadiyyatı sürətlə inkişaf edən Şərqi və Cənub-Şərqi Asiya ölkələri üçün Arktikanın zəngin enerji resursları həyati əhəmiyyət daşıyır. Rusiya ABŞ-dən fərqli olaraq, bölgədə daha erkən və fəal fəaliyyət göstərir. O, Arktikanın öz sahillərinə bitişik hissələrində kəşfiyyat işlərini genişləndirir və Çinlə birgə layihələr həyata keçirir. Bu əməkdaşlıq Çinə də böyük iqtisadi dividendlər vəd edir. Belə ki, Çin şirkətləri Rusiyaya məxsus yataqlarda 1,4 trilyon kubmetr təbii qaz ehtiyatı kəşf ediblər".

Rusiya-Çin tandemi və yeni balans axtarışı

Ekspert xatırladıb ki, bu il Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında Rusiya və Çin arasında Arktika ilə bağlı birgə əməkdaşlıq haqqında sənəd imzalanıb. Həmin sənəddə Arktikanın birgə istismarı, istifadəsi və geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur. Bu isə bölgədə hərbi, siyasi və iqtisadi liderlik uğrunda ciddi səylər göstərən və fəaliyyətini xeyli gücləndirən ABŞ üçün xoşagəlməz vəziyyət yaradıb.


Soyuq dənizlərdə isti rəqabət

Ə.Orucovun fikrincə, Donald Tramp Arktikanın böyük potensialını və onun qlobal nizam üçün əhəmiyyətini anlayaraq Rusiya və Çinə qarşı təzyiqləri artırmaqla bölgədə söz sahibi olmağa çalışır. Lakin Rusiyanın Arktikanın dərinliklərini istismar etmək üçün texnoloji imkanları məhduddur və sanksiyalar səbəbindən müasir avadanlıqlara çıxışı çətindir. Buna görə də Moskva Çinə arxalanır. Finlandiya isə texnologiya və elektronika sənayesində dünya liderlərindən biri olmaqla yanaşı, metal və mühəndislik sahələrində də qabaqcıl mövqedədir:


"Arktikanın buzlaqlarla örtülü sərvətlərindən səmərəli istifadə etmək və Rusiya-Çin tandeminə qarşı üstünlük qazanmaq üçün ABŞ-nin məhz Finlandiyanın təcrübəsinə ehtiyacı var. Buna görə də Ağ Ev rəhbərinin Finlandiya Prezidenti Aleksandr Stubb ilə keçirdiyi görüşdə buzqıran gəmilərin alınması barədə əldə edilən razılıq mühüm əhəmiyyət kəsb edir.

Göründüyü kimi, Arktika həm zəngin təbii resurslarına, həm də nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələlərinə görə strateji regiona çevrilib. Ehtimal olunur ki, bu bölgə uğrunda rəqabət yaxın illərdə daha da kəskinləşəcək. ABŞ-nin Qrenlandiyanı almaq niyyəti və Danimarka Krallığının bu təklifə “yox” cavabı verməsi də Vaşinqtonun Arktikada mövqeyini gücləndirmək planının bir hissəsi idi. Trampın planı Kopenhagenin kəskin etirazı səbəbindən reallaşmasa da, ABŞ-nin bu istiqamətdə israrlı siyasət yürütməsi onun bölgəyə marağının azalmadığını göstərir".

Qeyd edək ki, arktik buzqıran gəmi ölçüsündən asılı olaraq təxminən 400-800 milyon avroya başa gəlir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Bütün Xəbərlər